Modern.az

Bu il magistratura imtahanında yüksək bal toplayanların sayı artıb - HİSTOQRAM

Bu il magistratura imtahanında yüksək bal toplayanların sayı artıb - HİSTOQRAM

28 Fevral 2019, 15:36

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki,  fevralın 24-də keçirilən imtahanda iştirak etmək üçün 12684 bakalavr qeydiyyatdan keçib və onlardan 118 nəfəri (qeydiyyatdan keçənlərin 0.93%-i) imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün müvafiq olaraq qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 109(0.83%) və 146-sı (1.18%) imtahana gəlməyib. 

2016, 2015 və 2014-cü illərin analoji göstəricilərinə nəzər salsaq, görərik ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı, demək olar ki, son üç ildəkindən, təxminən, 2 dəfə çox olub. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 2014-2016-cı illərdə imtahana gəlməyənlərin qeydiyyatdan keçənlər içərisindəki payı 6-12% arasında olub. 2017-2019-cu illərdə isə bu göstərici 1.18%-dən yüksək olmayıb. Son illər magistraturaya qəbul imtahanlarının ödənişli olması imtahanda iştirak etmək üçün daha məqsədyönlü və hazırlıqlı bakalavrların qeydiyyatdan keçməsinə zəmin yaradıb.

Bakalavrların imtahanda göstərdiklərin nəticələri müvafiq illər üzrə müqayisə etdikdə yuxarıda qeyd olunanların təsdiqini görmək olar. 2018 və 2019-cu illərdə imtahanda iştirak edən bakalavrların müvafiq olaraq, 49.73% və 53.61%-nin 50 baldan yuxarı nəticə göstərib. 2014-2016-cı illərdə isə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bakalavrların imtahan nəticələrinə əsasən, bu il median göstəricisi 51.36 bal olub. Bu, o deməkdir ki, imtahan iştirakçılarının (12545 nəfər) yarısı - 6273 nəfər bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.

2018-ci ildə isə median daha aşağı – 49.91 bal olub. İmtahanda iştirak edən 12241 bakalavrdan 6121 nəfər 49.91-dən yuxarı, qalanları isə aşağı bal toplayıb.

2019-cu ildə 91 və daha yuxarı bal toplayanların sayı 23 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 336 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 1369 nəfər olub. 2018-ci ildə isə müvafiq göstəricilər 11, 137 və 872nəfərdir. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı artıb.

Bu il imtahanda iştirak edənlərin 7271 nəfəri (57.96%) cari ilin, 5274 nəfəri (42.04%) əvvəlki illərin məzunları olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 6793 (55.49%) və 5448 (44.51%) olub. Bu il cari ilin məzunlarının imtahan iştirakçıları arasındakı payı ötən illə müqayisədə 2.47% artıb.

Cari il məzunlarının imtahanda əldə etdikləri nəticələri əvvəlki illərin məzunlarından hər il olduğu kimi bu il də yüksək olub. Belə ki, imtahanda cari il məzunlarının 65.94%-i ən azı 50 bal topladığı halda, belələrinin əvvəlki ilin məzunları arasındakı payı 34.06% olub. Ötən il bu göstəricilər müvafiq olaraq, 63.80% və 36.20%-ə bərabər olub.

Bu il imtahan iştirakçılarının 5434-ü (43.32%) oğlan, 7111-i (56.68%) qız olub. Ötən il də, demək olar ki, eyni mənzərənin şahidi oluruq. 2018-ci ildə imtahanda iştirak edənlərin 42.79%-ni (5238 nəfər) oğlanlar, 57.21%-ni (7003 nəfər) isə qızlar təşkil edib.

2018-ci ildə olduğu kimi bu il də qızlar oğlanlara nisbətən imtahanda daha yaxşı nəticə göstəriblər. 2018-ci və 2019-cu illərdə qızların müvafiq olaraq, 55.53% və 55.28%-i, oğlanların isə müvafiq olaraq, 44.47% və 44.72%-i imtahanda ən azı 50 bal toplayıb.

Aşağıdakı cədvəllərdə bakalavrların 2019-cu və 2018-ci illərdə topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.


Ballar üzrə histoqram (2019-cu il, I mərhələ)

İştirakçıların sayı: 12545

 

Bal intervalları     

Bakalavrların sayı   

Bakalavrların cəmi sayı   

96 - 100

3

3

91 - 95

20

23

86 - 90

100

123

81 - 85

213

336

76 - 80

396

732

71 - 75

637

1369

66 - 70

904

2273

61 - 65

1223

3496

56 - 60

1565

5061

51 - 55

1664

6725

46 - 50

1653

8378

41 - 45

1464

9842

36 - 40

1114

10956

31 - 35

789

11745

0 - 30

800

12545

 
Ballar üzrə histoqram (2018-ci il, I mərhələ)

İştirakçıların sayı: 12241 

Bal intervalları

Bakalavrların sayı

Bakalavrların cəmi sayı

96 - 100

0

0

91 - 95

11

11

86 - 90

36

47

81 - 85

90

137

76 - 80

248

385

71 - 75

487

872

66 - 70

828

1700

61 - 65

1133

2833

56 - 60

1452

4285

51 - 55

1802

6087

46 - 50

1821

7908

41 - 45

1600

9508

36 - 40

1258

10766

31 - 35

789

11555

0 - 30

686

12241

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi