Modern.az

QHT-lərin tədbirində Heydər Əliyevlə bağlı xatirələr danışılıb

QHT-lərin tədbirində Heydər Əliyevlə bağlı xatirələr danışılıb

9 Dekabr 2011, 16:08

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mərhum dövlət başçısı  Heydər Əliyevin xatirəsini anım günü münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən Şura sədri Azay Quliyev Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Onu ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərdiyi qayğı və diqqəti xatırlayan A.Quliyev 90-cı illərdə ictimai sektorun formalaşdırılması istiqamətində atılmış ilk addımlarda, QHT qanunvericilik bazasının yaradılmasında Heydər Əliyevin məsləhət və tövsiyələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bu gün ölkə QHT-lərinə verilən hərtərəfli dövlət dəstəyini, o cümlədən QHT-lərin büdcədən maliyyələşdirilməsini mərhum prezidentin siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin uğurlu davamı kimi qiymətləndirən Şura sədri QHT sektorunu Heydər Əliyevin xatirəsini həmişə əziz tutmağa, onun müstəqil Azərbaycan naminə yaratdığı milli dəyərlərə sadiq olmağa çağırıb.             

Mərasimdə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının Şuranın dəstəyilə hazırlanmış audiodiski təqdim olunub. Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmış diskin nümayişi tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.         

Tədbirdə çıxış edən millət vəkilləri Fəttah Heydərov, Eldar İbrahimov, Mübariz Qurbanlı, Musa Quliyev Heydər Əliyevlə bağlı xatirələrini danışıblar, onun siyasi irsinin, həyat və fəaliyyətinin öyrənilməsinin, layiqincə təbliğ olunmasının mühüm əhəmiyyət daşıdığını və bu işə ölkə QHT-lərinin cəlb edilməsinin vacibliyini qeyd ediblər.




Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir