Modern.az

QHT Şurası 2012-ci il üçün ilk qrant müsabiqəsi elan edib (ELAN)

QHT Şurası 2012-ci il üçün ilk qrant müsabiqəsi elan edib (ELAN)

9 Dekabr 2011, 16:21


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. İclası Şuranın sədri Azay Quliyev açaraq, 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edilməsi üçün hazırlıq işlərinin yekunlaşdığını bildirib.

Şuradan Modern.az-a bildirilib ki, A.Quliyev maliyyələşdirilmə istiqamətləri, layihə mövzuları və müsabiqə üçün nəzərdə tutulan məbləğlərlə bağlı Şura üzvlərinə məlumat verib. Müzakirələr zamanı maliyyə müsabiqəsinin müxtəlif müddəa və şərtlərinə aid təkliflər irəli sürülüb və onların nəzərə alınması şərtilə müsabiqənin elan edilməsi haqda qərar çıxarılıb.

Müsabiqə elanı:

Şura ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

N

Müsabiqənin istiqamətləri

1 layihənin maksimum məbləği

Müsabiqənin ümumi fondu

1.   

İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər

     10.000,0   

      100.000,0   

2.   

Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili

     10.000,0   

        110.000,0   

3.   

Təhsil və mədəniyyətin inkişafına ictimai dəstək

10.000,0

90.000,0

4.   

“Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək

     10.000,0   

      80.000,0   

5.   

Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər

     10.000,0   

        90.000,0   

6.   

Qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə ictimai dəstək

     10.000,0   

        90.000,0   

7.   

Korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək

     10.000,0   

100.000,0   

8.  

Region QHT-lərinin təşəbbüslərinə dəstək

10.000,0

240.000,0

9.  

Sosial problemlərin həllinə ictimai dəstək

10.000,0

100.000,0

10.       

Müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstək

10.000.0

100.000,0

 

CƏMİ

 

1.100.000  


Ərizələr 09 dekabr 2011-ci il - 30 dekabr 2011-ci il tarixləri aralığında həftənin I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək Şuranın ofisində qəbul olunur.

Müsabiqənin nəticələri 2012-ci ilin martın 01-dən sonra elan olunacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər