Modern.az

Qafqaz Universitetində “Cavad xan” filmi nümayiş olunub

Qafqaz Universitetində “Cavad xan” filmi nümayiş olunub

Mədəni̇yyət

9 Dekabr 2011, 17:31


Qafqaz Universitetində Tələbə Gənclər Təşkilatı, Cinema klubu və “ULUS” Film prodüser mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlının ssenarisi üzrə ekranlaşdırılmış “Cavad xan” filmi nümayiş edilib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Modern.az-a verdiyi məlumata görə, filmin nümayişindən əvvəl yaradıcı heyət üzvlərinin tələbələrlə görüşü olub. 

“Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı bu ekran əsərinin necə ərsəyə gəlməsi və filmdə bəhs olunan tarixi dövr haqqında məlumat verib. Rejissor yaradıcılıq səhifəsində “Cavad xan” filmi olduğu üçün özünü xoşbəxt saydığını etiraf edib. Dariya rolunun ifaçısı Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Amaliya Pənahova gənclərlə görüşündən xüsusi məmnunluq duyduğunu vurğulamaqla yanaşı, Cavad xan şəxsiyyəti haqqında dəyərli fikirlərini tələbələrlə bölüşüb. Amaliya xanım filmə çəkilən əməyin Cavad xanın müqəddəs ruhu qarşısında borc olduğunu qeyd edib. “ULUS” Film prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyov kino fondumuzun yeni tarixi bir filmlə zənginləşdiyini, onun hər yerdə maraq və rəğbətlə qarşılandığını diqqətə çatdırıb.

Universitetin rektoru, prof. Ahmet Saniç milli kino sənətinə, Azərbaycan mədəniyyətinə verdiyi xidmətlərinə və Universitetə təşrif buyurduqlarına görə filmin yaradıcı heyətinə təşəkkür edib.

Çıxışlardan sonra “Cavad xan” filmi nümayiş edilib.


 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi