Modern.az

Nazirlik turizm şirkətlərini ittiham etdi

Nazirlik turizm şirkətlərini ittiham etdi

1 Mart 2019, 16:47

"Azərbaycanda turizm şirkətləri Milli Parklarla işləməyə maraq göstərmirlər".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

 

Nazirlik rəsmisi bunu kommersiya maraqları ilə izah edib.

Onun sözlərinə görə, Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi Milli Park Göygöl Milli Parkıdır. Bildirib ki, Göygöl Milli Parkı yeni açıldığı zaman - bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib:

 

"Ancaq digər Milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır. Son bir il ərzində bununla bağlı apardığımız təbliğat işlərinin müəyyən səmərəsi olub".

 

H.Əlizadə deyib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı 9, Şahdağ Milli Parkına gedənlərin sayı 3, Hirkan Milli Parkına gedənlərin sayı 2, Abşeron Milli Parkına gedənlərin sayı 2 dəfə artıb.

 

"Qırmızı kitab"a 223 növ heyvan, 300 növ bitki adının daxil edildiyini deyən H.Əlizadə qeyd edib ki, hazırda Şirvan Milli Parkında 9 min ceyran var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı