19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - “İşğal altındakı ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib” – Elmar Məmmədyarov
“İşğal altındakı ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib” – Elmar Məmmədyarov
01.03.2019, 22:17

“Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir. Bu təcavüz  nəticəsində ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib; Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, yarandığı son beş onillik ərzində İƏT İslam dünyasının tək çoxtərəfli qurumu kimi, dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib: "Bu gün təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlərlə üzləşir".

 

E.Məmmədyarov qeyd edib ki, coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir: "Buna görə də coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə böyük əhəmiyyət verir.

 

Azərbaycan təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəkdir. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq".

 

Nazir vurğulayıb ki, İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi belə bir kollektiv yanaşma tələb edən məsələdir: "Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir. Bu məqsədə sadiq qalan Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək "G77 və Çin qrupu"nda rəsmi sədrliyə başlaması münasibətiləı təbrik edir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının (NAM) 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev sahibliyi etmişdir. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırmışdır. Bu təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə, eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və inkişafa daha da töhfə verilməsi üçün səylərini əsirgəməyəcəkdir".

 

E.Məmmədyarov təəssüflə qeyd edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb: “Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunmuşdur".

 

Nazir əlavə edib ki, bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır: "İƏT-ə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT Xarici İşlər Nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır. Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan “İslam Mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri bundan çəkinməyə çağırırıq.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT “Təmas Qrupu”nun 2016-cı ildə Nyu-Yorkda keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda İƏT-in baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək, bütün qrup üzvlərini İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İƏT-in müvafiq sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırırıq".

 

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə həmrəyliyimizi möhkəmləndirmək və kollektiv səsimizi ucaltmaq məqsədi ilə İƏT institutlarının fəaliyyətini yüksək qiymətləndirir: "Bu xüsusda, mən beynəlxalq hüququn ciddi pozulması halı olan və Azərbaycanın ətraf əraziləri üçün ekoloji fəlakət yaratmağı nəzərdə tutan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki Sərsəng su anbarından yeni bir kanalın tikintisinin pislənməsi barədə İSESKO tərəfindən qəbul edilmiş qətnaməni xüsusi vurğulamaq istərdim".

 

Nazir vurğulayıb ki, biz 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı soyqırımı haqqında dünyada məlumatlılığın artırılmasına hədəflənmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriliən İslam Konfransı Gənclər Forumu tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsinin icrasına üzvlər tərəfindən nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndiririk: "Mən, həmçinin çətinliklər və təbii fəlakətlər zamanı, məsələn Azərbaycanın da töhfə verdiyi 2018-ci ildə İndoneziya zəlzələsindən sonra İƏT-ın humanitar yardımı kimi, həmrəyliyimizin əhəmiyyətini vurğulamaq istəyirəm. Bizim həmrəyliyimiz, həmçinin çox vacib olan qlobal mədəniyyətlərarası dialoqun gücləndirilməsində və xarici düşmənçilik, irqçilik, nifrət çıxışları və İslamofobiya təhlükələrinə qarşı mübarizədə də nümayiş etdirilməlidir. Bu xüsusda, mən 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi"nin əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda üzv dövlətləri fəal şəkildə iştirak etməyə çağırıram. İƏT, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən proses dayanıqlı sülhün və inklüziv inkişafın təmin edilməsi üçün mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədini güdür".

 

E.Məmmədyarov bildirib ki, qədim Azərbaycan şəhəri olan və İslam mədəniyyətinin paytaxtı adlanan Naxçıvan 2018-ci ildə mədəniyyət əlaqələrimizin daha da zənginləşdirilməsinə töhfə verən müxtəlif mədəniyyət proqramlarına ev sahibliyi etmişdir: "Bu il Azərbaycanda ilk İƏT Mədəniyyət Həftəsi və ölkələrimizin gənc istedadlarını və yaradıcılığını dəstəkləyən klassik musiqi ifaçılarının Səkkizinci Beynəlxalq Müsabiqəsinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

 

Azərbaycan İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilən Avrasiya Regional Mərkəzinin fəaliyyətini dəstəkləyir və Gənclər və İdman Nazirlər Şurasında sədrliyimiz dövründə biz gənclərə və idmanın inkişafına praktiki səviyyədə töhfəmizi davam etdirəcəyik. Bu sədrlik dövründə Azərbaycan tərəfindən İslam ölkələri arasında gənclər və idman fəaliyyəti vasitəsi ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə Gənclər üçün nəzərdə tutulan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarlar şəbəkəsinə ev sahibliyi ediləcəkdir. Biz həmçinin iştirakçıları İƏT-in xüsusiləşdirilmiş orqanı olan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, “IƏT 2025 Fəliyyət proqramı”nın mühüm məqsədi olan ölkələrimizin istehsal qüvvələri və iqtisadi artımını dəstəkləmək məqsədilə yaradılmış və İƏT Əmək Mərkəzinin təsis olunmasının ratifikasiya prosesini yekunlaşdırmağa dəvət edirik".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı   
19.03.2019, 13:32

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı  

Rövşən Rzayev vətəndaşları dinlədi
19.03.2019, 13:28

Rövşən Rzayev vətəndaşları dinlədi

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb
19.03.2019, 13:23

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb

Sabahın hava proqnozu: yağış, qar
19.03.2019, 13:03

Sabahın hava proqnozu: yağış, qar

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: “Yalan və saxtadır!”
19.03.2019, 12:58

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: Yalan və saxtadır!

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB   
19.03.2019, 12:56

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB  

Beynəlxalq Bankdan YENİLİK
19.03.2019, 12:54

Beynəlxalq Bankdan YENİLİK

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında
19.03.2019, 12:51

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək
19.03.2019, 12:45

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı
19.03.2019, 12:43

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO
19.03.2019, 12:40

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir
19.03.2019, 12:34

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib
19.03.2019, 12:30

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi
19.03.2019, 12:22

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində
19.03.2019, 12:20

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
19.03.2019, 12:05

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi

General şəhid ailələrinin evinə getdi
19.03.2019, 11:57

General şəhid ailələrinin evinə getdi

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu
19.03.2019, 11:56

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19.03.2019, 11:54

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar
19.03.2019, 11:31

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO
19.03.2019, 10:58

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  
19.03.2019, 10:50

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO
19.03.2019, 10:37

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı
19.03.2019, 10:35

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR
19.03.2019, 10:24

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı
19.03.2019, 10:19

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir
19.03.2019, 10:13

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb
19.03.2019, 10:09

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Ermənistan atəşkəsi 21 dəfə pozdu
19.03.2019, 09:57

Ermənistan atəşkəsi 21 dəfə pozdu

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019, 09:57

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI
19.03.2019, 09:52

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI

Sabahdan 7 günlük bayram tətili başlayır
19.03.2019, 09:31

Sabahdan 7 günlük bayram tətili başlayır

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib
19.03.2019, 09:28

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb
19.03.2019, 09:27

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı   
19.03.2019, 09:13

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı  

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR   
19.03.2019, 08:44

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR  

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib
19.03.2019, 08:36

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ   
19.03.2019, 08:30

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ  

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..   
19.03.2019, 08:26

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
19.03.2019, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Ukraynada prezidentliyə bu namizəd rəqiblərini geridə qoydu   
19.03.2019, 00:54

Ukraynada prezidentliyə bu namizəd rəqiblərini geridə qoydu  

Fransa bəzi şəhərlərdə etirazları qadağan edir
19.03.2019, 00:43

Fransa bəzi şəhərlərdə etirazları qadağan edir

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü
19.03.2019, 00:29

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü

Ermənistanda oğul anasını baltaladı
19.03.2019, 00:16

Ermənistanda oğul anasını baltaladı

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
19.03.2019, 00:02

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur

“OPEC plus”dan yeni çağırışlar
18.03.2019, 23:57

“OPEC plus”dan yeni çağırışlar

ARXİV