Modern.az

İstanbulda ahıskalıların sürgün günü anılıb

İstanbulda ahıskalıların sürgün günü anılıb

Təhsil

15 Dekabr 2009, 16:32

Türkiyənin İstanbul şəhərində Ahıskalı Tələbələr Birliyinin təşkilatçılığı ilə Eminönü Xalq Tələbə Mərkəzində Ahıska sürgününün 65-ci ildönümünü anım tədbiri keçirilib. Bu barədə Modern.az-a türkiyəli jurnalist Məhəmməd İzzətoğlu məlumat verib. Tədbirdə ahıskalılarla yanaşı dövlət səlahiyyətliləri, mətbuat mənsubları və sıravi türk vətəndaşlar iştirak edib.   Proqramı təqdim edən Mərmərə Universitetinin 3-cü kurs tələbəsi Məhəmməd Əzizoğlunun həyəcanlı çıxışı tədbir iştirakçılarını duyğulandırıb. Mərasimdə İstanbul Universitetinin müəllimi Əli Aslan Çar Rusiyasının Qafqaz siyasəti nəticəsində 1944-cü ildə reallaşdırılan ahıskalı türklərin sürgü barədə geniş məlumat  verib. O, sürgün hadisələrinin bir soyqırımı olduğunu söyləyib.   Gürcüstanın Ahıska bölgəsənin coğrafi mövqesinə toxunan İstanbul Universitetinin digər müəllimi Dəniz Əkinçi isə Ahıska üzərində oynanan siyasi oyunlara diqqət çəkib. O, Ahıska türklərlərinin sürgününü izah edən şeir və romanların nəşrini və filmlərin çəkilməsini vacib sayaraq, bunun bütün dünyaya bəyan edilməli olduğunu vurğulayıb.

Sürgünün canlı şahidi, 72 yaşındakı Həsən Emingil Enderoğlu əsarət illəri və yaşadıqları haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Tədbirin sonunda, ahıskalı sənətçi Əhməd Şənlinin söylədiyi 1944-cü il sürgünü və 1989-cu il hadisələri haqqındakı mahnı alqışlanıb.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır