Modern.az

Baş direktor: “Fotomüxbirə fotoqraf deyəndə biz özümüzü təhqir olunmuş sayırıq”

Baş direktor: “Fotomüxbirə  fotoqraf deyəndə biz özümüzü təhqir olunmuş sayırıq”

Təhsil

10 Dekabr 2011, 09:10

Ismayıllı  rayonunda keçirilən  “Jurnalistlər üçün qış məktəbi” layihəsi çərcivəsində tədbir bu gün də öz işini davam etdirib.

Dünən tədbir zamanı “Fotojurnalistika və Azərbaycan reallığı” mövzusunda Azpress.az-ın baş direktoru Rasim Sadıxov jurnalistlərə danışıb. O bildirib ki, fotojurnalistika ilə “photoshop”u eyniləşdirmək olmaz.

“Bunlar biri -birindən tamam fərqli şeylərdir. Eyni zamanda, fotomüxbirlə hansısa fotoqrafı  da eyniləşdirmək olmaz. Daha doğrusu, fotomüxbirə  fotoqraf deyəndə biz özümüzü təhqir olunmuş sayırıq. Çünki fotomüxbirlik, fotojurnalistika çox ciddi bir sənətdir. Bunları heç bir halda tərəzinin eyni gözünə qoymaq olmaz. Fotomüxbir olmaq səndən məsuliyyət, ciddilik və işinə son dərəcə peşəkarlıqla yanaşmanı tələb edir”.

“Sosial jurnalistika perspektivləri və müasir texnologiyalar” mövzusunda çıxış edən BDU-nun jurnalistika fakültəsinin müəllimi Zaur Babayev isə təmsil etdiyi fakültənin  nəzdində fəaliiyət göstərən Sosioloji-Tədqiqat Laboratoriyasının 2 minə yaxın respondent arasında apardığı rəy sorgusunun nəticələrini açıqlayıb.

Onun iddia etdiyinə görə, sorğunun  nəticələrinə əsasən  rəyi soruşulanlardan 30 faizi mobil telefon, 29 faizi  internet, 21 faizi televiziya, 12 faizi radio, 4 faizi qəzet, cəmi 3 faizi isə jurnal vasitəsi ilə özləri üçün lazım olan məlumatları əldə edirlər.

Tədbir zamanı həmcinin, Avrasiya Əməkdaşlıq Fondunun əməkdaşları tərəfindən əyləncəli-intellektual oyun, o cümlədən, jurnalistlər arasında xəritə yarışı kecirilib.

Bununla yanaşı, tədbirin qeyri-rəsmi hissəsində  “Qış məktəbi”nin iştirakçıları İsmayıllı rayonun mərkəzinin görməli yerləri-Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə, hələlik ölkədə  analoqu olmayan “Yapon bağı” və digər yerlərlə tanış olublar.

Onu da qeyd edək ki, sabah tədbirin bağlanış mərasimi olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır