Modern.az

Deputat qəbul günü keçirib (FOTOLAR)

Deputat qəbul günü keçirib (FOTOLAR)

10 Dekabr 2011, 10:55

Milli Məclisin  deputatı  Vahid  Əhmədov  Quba  şəhərində  yerləşən ofisində  seçiciləri  ilə  görüşərək onları  qəbul  edib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a verdiyi məlumata görə, qəbula V.Əhmədovun seçildiyi  52  saylı  seçki  dairəsinin  seçicilərindən başqa  digər  dairənin  və  qonşu  Xaçmaz,  Qusar  rayonunun  da sakinləri  gəliblər. Ümumilikdə  47  vətəndaş  qəbul  edilib. Seçicilərin  ən çox  qaldirdiqları  məsələlər - torpaq sürüşməsi nəticəsində  evlərini itirdiklərinə görə evlə  təmin olunmaları, sosial yardımların təyini prosedurunun məmurlar tərəfindən əsassız uzadılması, işsizlik  problemi, torpaqların  paylanması zamanı  buraxılmış  səhvlər, yolların  təmiri, yardımların  olunması  və  s. olub.
İnsanları  narahat  edən  məsələlərin qabardılması  ilə  paralel  deputatın Milli  Məclisdəki   fəaliyyətinə də  öz  fikir  və  təkliflərini  verməyə  gələnlər  də  olub. Belə ki, başda  Quba  şəhər  2  saylı  orta  məktəbin  direktor  müavini Gülçöhrə  Əsgərova  olmaqla   kollektivin daha  üç  nümayəndəsi  Vahid Əhmədova  Milli  Məclisdəki  səmərəli  fəaliyyətinə  görə  öz
təşşəkürlərini  bildirərək,fevral  ayında məktəbin  təmirindən  sonra keçiriləcək  tədbirinə  gəlməsini  xahiş  ediblər. Xahiş  deputat tərəfindən  məmuniyyətlə  qəbul  edilib.
 Qəbulun  sonunda  ofis  qarşısında  yığılmış  vətəndaşlar  ilə  söhbət aparılıb, cari  ilin  sonunadək  daha  bir  görüşün  keçirilməsi barədə  məlumat  verilib.

 

 

 

 

 


Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!