Modern.az

Sağlamlıq imkanları məhdud uşaqlara 200 manat ödəniləcək 

Sağlamlıq imkanları məhdud uşaqlara 200 manat ödəniləcək 

2 Mart 2019, 13:18

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlər aprelin 1-dən 83 faiz artım edilməklə 82 manatdan 150 manata çatdırılacaq.  

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunub.

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Qeyd edək ki, həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir