23 mart 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - SSRİ-nin ilk baltalı manyakı - Xruşşovun da yuxusunu ərşə çəkən erməni qatil
SSRİ-nin ilk baltalı manyakı - Xruşşovun da yuxusunu ərşə çəkən erməni qatil
04.03.2019, 08:25

Sovet İttifaqında cinayət və cinayətkarların  olmaması haqda  mifə baxmayaraq, ondan hər kəs xəbər tutub. Analar hətta uşaqlarını onunla qorxudurdular -  Mosqaz. O, SSRİ-nin ilk silsilə qatili kimi tarixə düşüb.  Maraqlıdır ki, hər sahədə birinci olduqlarını iddia edən ermənilər bu “şərəfli post”da da birinciliyi heç kəsə güzəştə getməyiblər. Bəli,  doğru anladınız, SSRİ-nin ilk silsilə manyakı  məhz erməni olub.

... 20  dekabr 1964-cü il.  Moskvanın Sokol rayonu Baltiyski  küçəsinin bir qrup sakini yeni mənzilə köçmənin sevincini yaşayırdı. 6 yaşlı Kolya Sobolev  mebel mağazasına gedən anasına kömək etmək üçün dərsə yollanmamışdı. Səhər saatlarında  mənzilin qapısı döyülür. Ağlına pis bir şey gəlməyən Kolya heç nə soruşmadan qapını açır. Qarşısında dayanan uzun plaşlı, qara papaqlı adam özünü təqdim edir: Mosqaz, evi yoxlamalıyam!


Kolyanın anası evə qayıdanda isə artıq oğlunun qana bulaşmış cansız bədəni ilə qarşılaşır. Gördüyü mənzərədən son dərəcə sarsılan qadın az qalır ağlını itirsin. O, artıq bu evdə yaşaya bilmir. Qatil evdən 60 manat pul və uşaq paltarları götürmüşdü. Bu cür vəhşicəsinə qətl o vaxt üçün görünməmiş hadisə idi. Ona görə də hadisə yerinə sovet milisinin ən  yüksək rütbəli rəsmiləri gəlir. Qonşular sorğu – suala çəkilir.  Şahidlərin sözlərinə görə, həmin gün mənzillərə qara plaş və papaqda Moskva qaz istismarı idarəsinin nümayəndəsi gəlib. Dərhal idarəylə əlaqə saxlanılır və məlum olur ki, hadisə baş verən gün idarənin əməkdaşlarından heç kəs Baltiyski küçəsində  olmayıb.  İstintaqçılar  öz aralarında cinayətkara Mosqaz adı verirlər.  Gənc kriminalist – ekspert Sofya Vaynşteynə caninin fotorobotunu hazırlamaq  tapşırılır. Bunun üçün çoxsaylı şahidlər dindirilir. Çox vaxt təsvirlər üst – üstə düşmürdü. Nəhayət balaca bir oğlanın qatil haqqında təsvirləri ekspertlərə daha inandırıcı görünür. Oğlanın sözlərinə görə, uzun plaş geyinən və başına maral dərisindən papaq qoyan cani papağı arxadan bağlayırmış. Oğlanın dindirilməsi  zamanı  cinayət axtarış idarəsinin bir əməkdaşı otağa daxil olur. Bu vaxt oğlan özünü itirir və onun Mosqaz olduğunu deyir.  Cinayət axtarış idarəsinin bu əməkdaşı ilə cani arasında böyük oxşarlıq varmış.  Uşağın bu kiçik səhvi Mosqazın fotorobotunu hazırlamağa kömək edir.  Beləliklə,  Sovet milisinin tarixində ilk fotorobot hazırlanır.

Bu ərəfədə gəlinlər şəhəri İvanovodan həyacanverici məlumatlar daxil olur. Dekabrın 25-də  5-ci sinif şagirdi Mişa Kuleşov baltayla qətlə yetirilib. Qonşu evdə təqaüdçü Qorelova öldürülüb.  Elə həmin evdə 9-cu sinif şagirdi Qalina Petropavlovskaya zorlanıb. Balta zərbələrinə baxmayaraq qız möcüzə nəticəsində sağ qalmışdı.  Əməliyyatçılar dərhal İvanovoya yola düşürlər  və qıza Mosqazın fotorobotu göstərilir. Şəkli görən Qalya huşunu itirir və istintaq qrupu hər iki şəhərdə qətllər törədən şəxsin eyni adam olduğunu anlayırlar. Məsələyə  nəzarəti birbaşa ictimai asayişin mühafizəsi naziri  öz üzərinə götürür. Manyakın cinayətlərini araşdıran istintaqçılar bu qənaətə gəlir ki, o, qətlə görə həbs olunaraq, artıq azadlığa çıxmış residivistdir. Ona görə də 500 –dən artıq residivistin şəkli şahidlərə göstərilir. Ancaq onların da içərisindən heç birinin Mosqaz olmadığı məlum olur. 


Qətllər isə davam edirdi.  Manyakın  məhz yeni tikililəri, uşalar, qadınlar  və qocaları seçməsinin də özünəməxsus səbəbləri vardı.  O, yaxşı bilirdi ki, yeni tikililərdə mənzillərə hamı təzə köçüb və heç kəs bir – birini tanımır. Yəni, o ,heç  kəsin diqqətini çəkməyəcək  və hər kəs onu da binanın yeni sakinlərindən biri hesab edəcək.  Qatilin əsasən uşaqlar, qadınlar  və qocaları seçməsi isə onun qorxaqlığından irəli gəlirdi. Manyak qələbəsini  zəmanət  altına almaq üçün ona müqavimət göstərə bilmək ehtimalı olmayan şəxsləri qurban qismində seçirdi.  Onun növbəti qurbanı da köməksiz azyaşlı olur.

....1963-cü il dekabrın 28-də altı yaşlı  Dmitri Yaroşevski  yaşadığı  həyətdə  buz meydançasında sürüşürdü. Amma bu vaxt manyakın diqqətinin onun üzərində olmasından xəbərsizdi. Bir qədər oynadıqdan sonra Dmitri evə qayıdır.  Az sonra isə qapının zəngi çalınır: “Açın, Mosqazdır!”.  Dmitri də yəqin ki, növbəti qurbanlardan biri olacaqdı, əgər  evdə bacısı olmasaydı.  Özü sağ qalsa da o, növbəti səhəri dostu Saşa Lisovetsin ölüm xəbəri ilə açır.   Saşa onların  olduğu binanın qonşu girişində, 9-cu mərtəbədə yaşayırdı. Artıq paytaxtda əhali arasında panika yaranmışdı. Manyakla bağlı Mərkəzi Komitənin baş katibi Nikita Xruşşova da məlumat verilir və o, baş prokuroru yanına  çağıraraq dəhşətli qatilin tapılması üçün iki həftə vaxt verir.


Həmin günlərdə Moskvanın  Şeremetyevo küçəsində də yeni yaşayış  binası  təhvil verilmişdi.  Mənzillərdə çatışmazlıqlar çox idi və Mosqaz da bundan istifadə etməyi qərara alır. Özünü bu dəfə mənzil istismar idarəsinin nümayəndəsi kimi  təqdim edən Mosqaz 1964 – cü il yanvarın 8- də Mariya Yermakovanın mənzilinə gəlir və ondan mənzildəki çatışmazlıqları bir vərəqə yazmasını xahiş edir. Üzünü döndərən Yermakova  yalniz bir söz yaza bilir.

Qorxunc qatil  çantasından baltanı çıxardaraq qadının başına zərbələr endirir. Evdən isə  saat, corablar, 150  manat pul və “Start-3” markalı köhnə televizoru götürür. “Start-3” ilk sovet televizorudur.   Onun arxasında sahibini  göstərən  seriya nömrəsi vardı. Hansı ki, qatil bunu diqqətə almamışdı. Cani qənimətini gizli şəkildə apara bilməzdi. Ona görə ərazidəki insanlar sorğu – suala çəkilir.  Sahə müvəkkili Malışev həmin gün bir nəfərin döşəkağına bükülü televizor apardığını və  “samosval” tipli yük maşınını saxladaraq ona minib getdiyini xatırlayır.  Maşının iki nömrəsi də sahə müvəkkilinin yadında qalmışdı: 96. Əməliyyatçılar qısa zamanda “samosval”ın nömrəsini dəqiqləşdirirlər:  MOJ 96-26. Sürücü müəyyən edilir və  tanımadığı şəxsi maşınana götürərək  Riqa vağzalı tərəfdə düşürdüyünü xatırlayır.  Dərhal  rayon nəzarətə götürülür.  Milisin söhbət etdiyi şəxslərdən biri  bildirir ki, aşağı mərtəbədəki mənzildə yaşayan şəxs bu gün televizor satıb.  Əməliyyatçılar vaxt itirmədən sözügedən ünvana yollanırlar. Amma burada onları məyusluq gözləyirdi. Evdə heç kəs yox idi.  Mosqazın fotorobotu qonşulara göstərilir. Hamı birağızdan təsiqləyir:  Bu odur!
Bundan sonra sözügedən mənzilə silahlı pusqu qurulur. Bu vaxt isə onlar cani əvəzinə zərif, gözəl qızla qarşılaşırlar. Bu Orenburq musiqili – komediya teatrının aktrisası, balerina  Alevtina Dmitriyeva idi. Gənc qız birlikdə yaşadığı sevgilisi haqda fəxrlə məlumat verir:  DTK mayoru Vladimir İonesyan. Alevtina Vladimirin  partiyanın məxfi tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olduğunu söyləyir. DTK rəhbərliyinə dərhal mayor İonesyanın  şəxsi işini tapmaq tapşırığı verilir.  Ancaq DTK sistemində  belə bir adda adamın olmadığı ortaya çıxır. Belə olduqda istintaqçılar  ölkə üzrə bütün İonesyanları araşdırırlar və böyük zəhmət nəhayət bəhrəsini verir.  Təhqiqatçılar  son iş yeri Orenburq Musiqili Komediya teatrı olan  milliyyətcə erməni Vladimir İonesyanın üzərində dayanırlar. Onun  1937-ci ildə Tiflisdə doğulduğu, orta ixtisas müsiqi təhsili aldığı, iki dəfə - bir dəfə oğurluq, bir dəfə isə hərbi xidmətdən yayınmağa  görə məhkum olunduğu  məlum olur.  Ailəli olan İonesyanın arvadı və oğlu Tiflisdə yaşayırdı. 


Alevtina Vladimirlə Orenburq Musiqili Komediya teatrında çalışarkən tanış olmuşdu. Həddən artıq  pərəstişkarı olan cazibədar balerinanın qəlbinə yol tapmaq o qədər də asan deyildi. Amma burada İonesyanın köməyinə ənənəvi erməni hiyləgərliyi çatır.  O, qızı özünün həm də  Dövlət Təhlükəsizlik Komitəsinin gizli agenti olduğuna inandıraraq, onunla Moskvaya getməyi təklif edir və qıza parlaq karyera,  Böyük Teatrda iş  vədini verir. O vaxt Böyük Teatrın səhnəsində çıxış etmək hər bir gənc sənətçinin arzusu idi. Ona görə də Alevtina sevincək razılaşır. Günlərin birində Moskvada bahalı kürklərin satıldığı mağazanın qarşısından keçərkən  İonesyanın Alevtinaya ürəyi istəyən kürkü seçməsini təklif edir və qız bəyəndiyi,  bir neçə min qiyməti olan kürkü sevgilisinə göstərir. Gələcək manyak isə yaxın günlərdə kürkü sevgilisinə alacağını vəd edir.  Həmin gün kürk almasalar da, gələcək  qatil  bir neçə gün sonra ilk qurbanının qanına bulaşacaq balta alır.  Alevtina isə bütün baş verənlərdən xəbərsiz idi.


Gənc qız xüsusi xidmət  orqanlarının  Vladimirin hansısa cinayətdə əlinin olmasından şübhələndiklərini bildikdən sonra suallara cavab  verməkdən imtina edir. O, sevgilisinin harada olduğunu da söyləmir.  Belə olduqda əməliyyatçılar gənc qadında qısqanclıq hissləri oyatmağa qərar verirlər. İonesyanın əmisi oğluna yazdığı  gizli məktub üzə çıxarılır. Əmisioğlunu Kazana dəvət edən manyak  orada yaxşı qızların olduğunu, doyunca əylənə biləcəklərini  yazırdı. Məktubdan xəbər tutan Alevtina manyak sevgilisinin yerini açıqlayır və onun həqiqətən Kazana getdiyini , özünün də bir həftə sonra İonesyanın  yanına getməli olduğunu söyləyir. Bundan sonra Alevtina  həbsə atılır. Amma bir problem də vardı ki, İonesyanı üzdən heç kəs tanımırdı.  Ona görə də yalançı Alevtinaya ehtiyac var idi. Onun obrazını da cinayət axtarışı idarəsinin xanım əməkdaşlarından biri yaradır. Yüksək peşəkarlıqla edilmiş  qrim nəticəsində  Alevtinanın əkizi ortaya çıxır. Manyakı Kazan vağzalının perronunda Dmitriyevanı qarşılayan zaman həbs etmək qərarı verilir.  Yalançı Alevtinanı üç metrdən belə tanımayan İonesyanın qollarına elə burada qandal taxılır. Həbs edildikdən sonra Mosqaz bütün cinayətləri boynuna alır.

Qəddar manyakın həbs olunması ilə bağlı Mərkəzi Komitənin baş katibi Nikita Xruşşova  məlumat verilir. O, baş prokurora İonesyanı yanına gətirməsini istəyir: “O əclafı mənim yanıma gətirin, mən ona baxmaq istəyirəm”.
Manyaka baxan Xruşşov göstəriş verir: “Bir həftəyə onu sağ görməyim”.  Məhkəmə də onun haqqında layiq olduğu hökmü  çıxarır: güllələnmə.  İonesyan Alevtinanın heç  nədən xəbəri olmadığını desə də,  Dmitriyeva da 15 il müddətinə azadlıqdan məhrum edilir. O, 8 il sonra azadlığa buraxılsa da, gənc balerinanın səhnə  karyerasına birdəfəlik nöqtə qoyulur.  İonesyan isə SSRİ tarixinə ilk silsilə qatil, ilk fatorobotu hazırlanan və haqqında ilk güllələnmə qərarı çıxarılan manyak kimi düşür.

 

Azadə Balayeva


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

ARXİV