Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası USAİD-lə memorandum imzaladı

QHT-lərə Dövlət Dəstəyi Şurası USAİD-lə memorandum imzaladı

15 Dekabr 2009, 17:06

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında beynəlxalq əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Bu barədə Modern.az-a şuranın mətbuat xidmətindən məlumat verilib. 

Memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, ölkəmizdə vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi, QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma memorandumunu  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Jonathan M. Konli, eləcə də şahid qismində Counterpart İnternational Təşkilatının Ölkə üzrə nümayəndəsi Maykl Kunz imzalayıblar.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?