25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - “Prezidentlə növbəti görüşə gedənlər fərdi deyil, ölkə əhəmiyyətli məsələlərə toxunmalıdırlar” - MÜSAHİBƏ  
“Prezidentlə növbəti görüşə gedənlər fərdi deyil, ölkə əhəmiyyətli məsələlərə toxunmalıdırlar” - MÜSAHİBƏ  
05.03.2019, 09:08

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərilə görüşüb. Görüşdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, Əməkdar artist Bəhram Bağırzadə, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov və başqaları iştirak ediblər. İştirakçıların bəziləri müəyyən problemlərlə bağlı fikirlər səsləndirib, ölkə başçısı vacib məsələlərin həllilə bağlı müvafiq tapşırıqlar verib.

 

Görüşdə səsləndirilən fikirlər göstərir ki, ölkədəki əksər problemlər məhz ölkə rəhbərinin işə qarışmasından sonra öz həllini tapır. Əgər bütün problemlər Prezident tərəfindən həll olunursa, digər icra strukturlarının rəhbər şəxsləri nəyə lazımdır?

 

Modern.az-ın bu qəbildən olan suallarını Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb.

 

- Siyavuş müəllim, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərilə görüşü ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olub. Orada səsləndirilən problemlərin bəziləri fərdi xarakter daşıdığından tənqid olunsa da, böyük əksəriyyəti insanlar tərəfindən alqışla qarşılandı. Sizin bu görüşlə bağlı fikirləriniz maraqlıdır...

- Mən bu görüşü çox yüksək qiymətləndirirəm. Ümumilikdə götürsək, mədəniyyət xadimlərilə ümumilli lider Heydər Əliyev və cənab Prezidentdən başqa heç kim görüşməyib, onların problemlərini həll etməyib. Vaxtilə ümummilli lider mütəmadi olaraq, Azərbaycan Yazıçılar Birliyinin qurultaylarında, digər ittifaqların tədbirlərinə gedir, qaldırılan məsələlərin həll olunması üçün tapşırıqlar verir, lazımi və yerində qərarlar qəbul edirdi. O cümlədən, mədəniyyət xadimlərinə fəxri adların verilməsi, onların mükafatlandırılması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün addımlar atırdı.
İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da proses davam etdi, dəfələrlə ziyalılarla görüşdü. Konstitusiyada dil məsələsinin müzakirəsi olanda bir neçə toplantı keçirdi. Bütün ziyalıları topladı və son nəticədə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail oldu. Azərbaycançılıq ideologiyası məhz ulu öndər tərəfindən ortaya atıldı. O cümlədən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən belə addımlar davamlı şəkildə atılır. Mehriban xanım hər il mayın 10-da Heydər Əliyevin ad günü ilə bağlı tədbirlərdə iştirak edir və yaradıcı insanlara Heydər Əliyev mükafatını verir. O cümlədən də, ayrı-ayrılıqda yaradıcı şəxslər, jurnalistlər və digər peşə sahiblərinin şəxsi problemləri, sağlamlıqları ilə bağlı məsələlərinə həssas yanaşılır.
Mart ayının 1-də keçirilən görüşdə qaldırılan məsələlərdən bəziləri dərhal öz həllini tapdı, bəzilərilə bağlı tapşırıqlar verildi, komissiya yaradıldı, araşdırmalar başladı, müəyyən yerlər ayrıldı və s. Bir daha təkrar edirəm ki, Azərbaycanın 1918-ci il müstəqillik tarixindən indiyədək ümummilli lider və cənab Prezident tərəfindən yaradıcı şəxslərə, digər təbəqələrdən olan insanlara göstərilən diqqət və qayğı heç bir dövlət rəhbəri tərəfindən göstərilməyib.

 

- Son vaxtlar Prezident İlham Əliyevin göstərişi, tapşırığı olmadan hansısa kiçik problemlər belə, həll edilmir. Əgər bütün problemlər bir nəfərin üzərinə yüklənirsə, digər icra strukturları nəyə lazımdır?

- Artıq Azərbaycanda məmurların yerlərdə görüşləri keçirilir. O cümlədən, İcra Hakimiyyəti başçılarının “Açıq qapı” günləri təşkil edilir, onlar canlı şəkildə vətəndaşlarla görüşürlər. Bu, cənab Prezident tərəfindən bilavasitə onların qarşısında vəzifə kimi qoyulub. Prezidentin hər çıxışında, hər görüşündə birinci söylədiyi fikir bundan ibarətdir ki, “vəzifəli şəxslər xalqa xidmət etməlidir”. Yəni bu vəzifə şəxsə verilibsə, bundan vətəndaşın problemlərinin həlli, onların rifah halının yaxşılaşdırılması üçün istifadə etməlidir. Hər hansı yeni qurum, Agentlik yaranırsa, hər nə tikilir və abadlaşdırılırsa, Azərbaycanın vətəndaşları üçündür. Dövlətin siyasətinin mərkəzində vətəndaş dayanır. Bu baxımdan cənab Prezidentə olunan bütün müraciətlərə dərhal baxılır və müvafiq ölçü götürülür.

 

- Amma problemlər Prezidentin işə qarışmasından sonra həll olunduğundan, buradan belə çıxır ki, bəzi məmurlar, vəzifə sahibləri, lap elə nazirlər xalqla Prezident arasında körpü rolu oynamaq əvəzinə maneəyə çevrilirlər...

- Prezident ilk növbədə problemlərin həll olunması üçün addım atır. Bunun özü digərlərinə bir nümunədir. Bu həm də məmurlara nə cür işləmək lazım olduğunun mesajıdır. Onlar da işləyir, fəaliyyət göstərir, Prezident qarşısında hesabat verirlər. Əgər kimsə yerində deyilsə, kimsə ona tapşırılan vəzifənin öhdəsindən gələ bilmirsə, barəsində ölçü götürülür və yenisilə əvəz edilir. Əgər strukturun özündə problem varsa, strukturda islahat həyata keçirilir. Bütövlükdə hər şey xalqa xidmət üçün istifadə olunacaq hala gətirilir. Bildiyiniz kimi bu, birbaşa Prezidentin səlahiyyətində olan məsələdir.

 

- Son iki ay ərzində ölkə rəhbəri tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı imzalanan Fərman və sərəncamları da məhz bu qəbildən hesab etmək olar. Xüsusilə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman insanların çoxdan gözlədiyi bir qərar idi...

- Əlbəttə. Bu sərəncamların hamısını nəzərdən keçirsək, onların sosial, iqtisadi sahədə, problemli kreditlər, şəhid ailələri, müharibə veteranları ilə bağlı və  bu qəbildən olan bütün məsələlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini görürük. Yeni Azərbaycan Partiyasına, o cümlədən Komitəyə problemli kreditlərlə bağlı müxtəlif təbəqələrdən olan insanların Prezidentə ünvanlanan təşəkkür məktubları gəlir. Hər bir məsələ xalq üçündür. Digərləri də bu addımlardan nümunə götürüb, bu istiqamətdə siyasətin həyata keçirilməsi üçün var qüvvəsilə çalışmalıdır.

 

- Siyavuş müəllim, sosial şəbəkələrdə Prezident İlham Əliyevin növbəti dəfə jurnalistlərlə görüşünün təşkil olunacağı bildirilir. Ümumiyyətlə, daha çox hansı kateqoriyadan olan vətəndaşalrın ölkə rəhbərilə görüşünü vacib sayırsınız?

- Bu görüşlər davamlı olmalıdır. Mən hesab edirəm ki, növbəti görüşlərdə təkcə ayrı-ayrı təbəqələri narahat edən problemlərədeyil, bütövlükdə cəmiyyəti narahat edən məsələlərə toxunulmalıdır. Bu çox vacibdir. Məsələn, ayrı-ayrı sahələrin rəhbərləri gənclərlə, yaşlı nəsillə bağlı məsələlərlə yanaşı, ümumilikdə ölkə əhəmiyyətli problemləri də səsləndirsələr, yaxşı olardı.

 

- Yəni düşünürsünüz ki, səsləndirilən problemlər daha çox fərdlərlə bağlı deyil, ümumilikdə cəmiyyəti düşündürən msəələlərlə bağlı olmalıdır?


- Bəli, çox istərdim ki, Azərbaycanı əhatə edən məsələlər, problemlər səsləndirilsin. Çünki martın 1-dəki görüşdə bir neçəsini çıxmaq şərtilə, qaldırılan məsələləin hamısı lokal xarakter daşıyır. Mən hesab edirəm ki, ölkənin yaradıcı şəxsləri növbəti toplantıda Azərbaycan əhəmiyyətli, qlobal məsələlərə toxunsalar daha yaxşı olar.

 

- Məsələn, sizin hansı təklifləriniz var bununla bağlı?

- Bu günə kimi Azərbaycanın müstəqilliyinə gedən yolla bağlı bir film çəkilməyib. Azərbaycanın ikinci dəfə müstəqil respublika olması, Dağlıq Qarabağla bağlı bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən kino əsəri lentə alınmayıb. Bir neçə film var, amma dünya ictimaiyyətinin nəzərini çəkəcək səviyyədə deyil. Çox istərdim belə filmlərin çəkilməsi reallaşsın. Rəssamlar tərəfindən Xocalı ilə bağlı tabloların yaradılması, həmçinin, musiqi əsərlərinin, operanın yazılması, majnıların bəstələnməsi olduqca vacibdir. Yəni Prezidentlə görüşdə, mənzil-məişət problemlərilə yanaşı, bu cür qlobal, Ümumazərbaycan əhəmiyyətli məsələlər də qabardılmalıdır. Məhz bu cür məsələlərin reallaşması üçün yaradıcı insanlara hər zaman diqqət göstərilməlidir.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV