Modern.az

Bakının yeni Baş Planını hazırlayacaq şirkətin adı tezliklə açıqlanacaq

Bakının yeni Baş Planını hazırlayacaq şirkətin adı tezliklə açıqlanacaq

8 Sentyabr 2009, 15:59

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DTAK) "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması ilə əlaqədar keçirdiyi müsabiqənin nəticələrini sentyabın sonunadək açıqlayacaq. Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat verib: “Müsabiqədə ABŞ, İngiltərə, İsrail, Almaniya və Niderlandı təmsil edən 6 şirkət iştirak edir. Qaliblər «Moshe Zur Architects Town Planners Ltd.» (İsrail), «Scott Wilson» (İngiltərə), «GHK Consulting» (İngiltərə), «EDAW/AECOM» (ABŞ), «Urban Solutions» (Niderland), «AS&P Albert Speer & Partners GmbH» (Almaniya) şirkətlərindən biri olacaq. Bu şurkətlərin bizə verdikləri təkliflər çox geniş və ingilis dilində olduğundan müsabiqənin yekunlaşması bir qədər gecikir. İngilis dilində olan təkliflərin tərcüməsinə çox vaxt gedir. Bizim müsabiqə komissiyasının isə 9 üzvü var, hamı həmin şirkətlərin təkliflərilə tanış olmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi