Modern.az

Hökumət Azərbaycanda ana ölümlərinin azaldığını bildirir

Hökumət Azərbaycanda ana ölümlərinin azaldığını bildirir

Aktual

6 Mart 2019, 15:06

2018-ci ildə ana və uşaqlara xidmət göstərən tibb müəssisəslərinin, xüsusən neontoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabata görə, həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib:

“Əgər 2016-cı ildə respublikada körpə ölümü göstəricisi 11,4 promilli, 2017-ci ildə 11,1 promilli idisə, 2018-ci ildə bu göstərici dəyişməyərək, eyni səviyyədə qalıb.

2017-ci  ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olduğu halda, 2018-ci ildə bu göstərici 12,2-yə enib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi