Modern.az

Deputat «Onun sevgi məktubları» romanına növbəti imza günü keçirib

Deputat «Onun sevgi məktubları» romanına növbəti imza günü keçirib

12 Dekabr 2011, 18:06

Dekabrın 11-də millət vəkili Qənirə Paşayevanın «Onun sevgi məktubları»  romanının «Əli və Nino» kitab dükanları şəbəkəsində növbəti imza günü keçirilib. Ötən ayın satış lideri olmuş «Onun sevgi məktubları» romanını alan və müəllifə imzalatdırmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb.
Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva və redaktoru Günel Mövlud oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıblar.

Millət vəkili bildirib ki, “Onun sevgi məktubları”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək. Həmin qadının çox acınacaqlı şəraitdə yaşadığını bildirən Qənirə Paşayeva bu addımla bir qadının, bir ananın və onun üç körpəsinin həyat şəraitini qismən də olsa yaxşılaşdırarsa, bunun bir müəllif olaraq ona kitabın sevincindən daha böyük sevinc bəxş edəcəyini deyib. Kitabın ötən ayın satış lideri olmasından məmnun olduğunu deyən Qənirə Paşayeva göstərdikləri diqqətə görə bütün oxuculara təşəkkürünü bildirib.

Qeyd edək ki, «Onun sevgi məktubları» Azərbaycanın müasir  ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir. Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?