Modern.az

Azərbaycanda qeyri-iqtisadi fəal qadınların 45 faizi evdardır

Azərbaycanda qeyri-iqtisadi fəal qadınların 45 faizi evdardır

7 Mart 2019, 13:05

Tanınmış iqtisadçı Rövşən Ağayev Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə özünəməxsus tərzdə təbrik edib.

 

Bu haqda Modern.az-a dnaışan ekspert “Sabah xanımların günüdür. Amma təkcə təbrikləri, ürək sözlərini çatdırmaq günü deyil - problemlərdən də danışmaq günüdür” deyib.

 

R.Ağayev qeyd edib ki, qadınların cəmiyyət həyatında fəal olması üçün onların iqtisadi fəallığı, yüksək təhsil səviyyəsi, biznes təşəbbüskarlığı çox önəmlidir:

 

“Təəssüf ki, bizim hətta gerçəkliklərdən yoxsul rəsmi statistikamız belə xanımların iqtisadi həyatda üzləşdiyi ciddi sorunları gizlədə bilmir.

Gender statistikasında diqqətimi çəkən bəzi rəqəmlər:

Əmək qabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. 
Əmək qabuliyyətli yaşında olub müxtəlif səbəblərdən (ev işləri, erkən pensiya, təhsil, əlillik və s.) işləməyən hər 100 nəfərdən 66 nəfəri qadınlar, 34 nəfəri kişilərdir”.

 

R.Ağayev qeyd edib ki, iqtisadi cəhətdən qeyri-fəal olan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45%-i (630 min nəfər) "evdar" statusu olanlardır:

 

“İqtisadiyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir. Bütün məşğul qadınlarımızın 14%-i, kişilərin 20%-i ali təhsillidir. Hər 1000 nəfər hesabı ilə kənd yerlərində universitet təhsili olan qadınların sayı şəhərlərə nisbətən 2 dəfə aşağıdır. Qadın işsizlərin sayı kişilərə nisbətən 40% çoxdur. Şəhər yerlərində işsiz qadınların hər nəfərindən 64-ü 29 yaşdan aşağı olan gənc xanımlardır”.

 

Ekspert qeyd edib ki, kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalışır:

 

“Ümumilikdə isə iqtisadiyyat üzrə çalışan hər 100 qadından təxminən 60 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə - aqrar və ticarət sahəsində çalışır. Bütün iqtisadi fəal qadınların cəmi 25%-i rəsmi əmək müqaviləsi əsasında çalışır. Yəni ən yaxşı halda hər 100 qadından 25 nəfəri ona pensiya hüququ, xəstəlik və analıqla bağlı, istirahət üçün məzuniyyət hüququ qazandıracaq sosial sığorta sistemi ilə əhatələnib. Rəsmi sahibkarlıq subyektlərinin ən yaxşı halda 20%-i qadınlardır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər