26 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Bircə günlük padşahlıq
Bircə günlük padşahlıq
09.03.2019, 10:00

                                                                              (hekayə)

   “Bu fani dünyada padşahdan-zaddan da olmadıq... Heç olmasa, bircə günlüyə”. Ağlı kəsəndən bu fikir İsfəndiyarı sakit buraxmırdı. Nəsə, beyninə yaman batmışdı. Dəryada balıq ovlamaq sevdasına bənzəsə də, istəyindən heç cür əl götürə bilmirdi.

         Yenə də padşahlıq azarı ona qənim kəsilmişdi. Yuxusu ərşə çəkilmişdi. Evdə özünə yer tapa bimədiyindən həyətə düşdü. Tanrının dərgahına sarı boylandı. Göy üzündə əmin-amanlıqdı. Ayla ulduzlar baş-başa verərək xısınlaşırdılar. Ətrafda qəribə bir sakitlik hökm sürürdü. İstəyi himə bənddi, lap şahə qalxmışdı. İsfəndiyara bu boyda gen dünya darlıq eləyirdi. Hardan ağlına gələ bilərdi ki, Ay və ulduzlar da bundan duyuq düşmüşdü. Öz aralarında nəsə pıçıldaşandan sonra Tanrı bəndəsinə yardımçı olmaq qərarına gəldilər.

        Ay bir göz qırpımında İsfəndiyarı haləsinə alaraq Göy üzünə qaldırdı. O, əlini uzatsaydı, ulduzlara yetərdi. Karıxmışdı.Yorğunluqdan gözləri qapanmaq üzrə olsa da, acgözcəsinə dörd bir tərəfə boylanırdı. Yerə sarı da nəzər yetirməyi unutmadı. Dünyaya göz açdığı bu planet indi özü bir ulduz boydaydı. İsfəndiyar təzəcə yerini rahatlamışdı ki, laylaya bənzər bir həzin nəğmə onu ağuşuna aldı. Ayın solistlik elədiyi mahnının nəqəratını ulduzlar zümzümə eləyirdilər. Bir anlığa İsfəndiyar özünü körpə təkin doğma anasının qucağında sandı. Ayparanın quyruq hissəsində lövbər salan  İsfəndiyar ayaqlarını yelləyərək şipşirin xəyallar dünyasına qapılmışdı.  Ayla ulduzların nəğməsi yarıya yetməmiş o, yuxuya daldı. Dünya onundu, mışıl-mışıl mürgü döyürdü.

        Bərq vuran sarayın önündə karetadan endi. Padşahlara layiq geyim-keciminə əl gəzdirərək qamətini tarazladı. Bütün saray əhli pişvazına çıxmışdı. Hər bir əmrinə müntəzir vəziyyətdəydilər. Vəzir-vəkilin müşayiətilə şux addımlarla padşahın taxt-tacına sarı yönəldi. Sözlə ölçüyəgəlməz istiqanlıqla “xoş gəldin!” eləyən padşah tərəddüdsüz-filansız yerini ona göstərdi. Çoxdanın tamarzısı kimi tezcənə özünü verdi padşahın taxtına. Çöhrəsindən nur yağan vəzir isə anındaca öz yerini padşaha təklif elədi. Yeni padşahın – İsfəndiyarın əshabələrinə gözucu nəzər yetirməyi ilə onlar vəzirə də adına layiq yer düzəltdilər. 

       İsfəndiyar dünyanın ağası təkin ətrafına göz gəzdirməkdəykən şam süfrəsi açıldı. Yemək masalarındakı çeşidbəçeşid təamları o, heç yuxusunda da görməmişdi. Məclis qızışdı, nə qızışdı. Say-seçmə gözəllər çıraq başına dolanan pərvanələr təkin ona naz satır, yerlərini isti salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Padşaha yelpik yelləmək üstündə də az qalırdı ki, saçyolduya çıxalar.  Süfrəyə şərabın verilməyi ilə məclis tam axarına düşdü. Rəqqasələr meydan sulamağa başlayınca isə hal əhli nağıl dünyasına qovuşdu. İsfəndiyar da fürsəti fövtə verməyərək acgözcəsinə yeməyə girişdi. Gözəllərin parıltısından gözləri qamaşırdı, canına vic-vicə düşmüşdü. Yeni padşahın şəninə sağlıq deyənlər növbəyə düzülmüşdü. Bu minvalla gecə yarıdan keçənədək İsfəndiyar bir ömrə bəs edəcək qədər kef sürdü. Şəninə deyilən sağlıqların, ləziz şərabların təsirindən məst olan İsfəndiyarın gözləri öz-özünə qapanmaqdaykən kənizlərin ən gözəllərindən ikisi olmazın nəzakətlə qollarına girərək onu yataq odasına apardılar.   

      İsfəndiyar röyadan bir də günortaya yaxın qopdu. Ürəyincə nahardan sonra vəzir-vəkili ətrafına cəm elədi. Xeyirxahlıq damarı ona sakitlik vermirdi. Vədinə əməl etməliydi. Həmişə düşünürdü ki, bu padşahlar niyə xəzinənin qapısını açıb kasıb-küsuba əl tutmurlar. İmkansız xəstələri xəstəxanalara yerləşdirdi, borcunu ödəyə bilməyənlərə yardımçı oldu, neçə vaxtdı övladına toy eləməkdə çətinlik çəkənləri də razı saldı, evsizlərə neçə-neçə mənzil hədiyyə elədi, istedadlı kasıb balalarının təhsil haqqını ödədi, işsizləri bacardığı qədər  işlə təmin etdi, alın təri ilə çörək qazanmaq istəyənlərə torpaq payladı, bir sözlə, müraciət edənlərin ümidini qırmamağa çalışdı. Bu minvalla xəzinənin bircə günə boşalacağını duyan vəzir özündə təpər taparaq padşahın qulağına pıçıldadı ki, “Əlahəzrət, bəs, xəzinənin yarısı  artıq əldən getdi,  dayanmaq məqamıdır”. Bayaqdan özünə yer tapmayan əvvəlki padşahın məsum-məsum baxışları da vəzirin haqlı olduğuna işarəydi.

      Xeyirxahlıq gözünü tutsa da, İsfəndiyar müdrik vəzirin sözünü yerə salmadı. Şad-xürrəmdi, istəyinə gözlədiyindən də artıqlaması ilə nail olmuşdu. Sən demə, padşahlıq doğrudan da çim yağmış. Əmrlərini sağa-sola payla, kefini sür, bir də ki, bacardıqca xeyirxahlığından da qalma, vəssalam, sadəcə bu qədər. Şirin xəyallar aləmində pərvaz eləməkdəykən onu şam yeməyinə səslədilər. Budəfəki eyş-işrət məclisi də dünən gecəkindən geri qalmadı. Sərməst halda yerinə girməkdəykən ona xəbər verdilər ki, bəs, vəzirin sənə deyiləcək təcili sözü var.

-      Əlahəzrət, indicə kəşfiyyatımız bəd xəbər gətirdi; qonşuluqdakı qarı düşmən qoşununu sərhədlərimiz boyu cəmləyib, hücuma keçmək üçün dan yerinin sökülməsini gözləyir. Mən də tezcənə özümüzünkülərə tapşırıq verdim ki, qoşunumuzu ayağa qaldırsınlar. Döyüşçülərimiz, sərkərdələrimiz əmrinizə müntəzirdilər. Düşmənə layiqincə ibrət dərsi vermək üçün səhərin gözü açılanadək sərhəddəki qoşunun başında sizin yerinizi tutmağınızı səbirsizliklə gözləyirlər. 

         Bu qəfil xəbərdən İsfəndiyarın az qala dili tutula. Nə yaxşı ki, bəsdi deyincə şərab sümürmüşdü. Göz qapaqlarına güclə yiyəlik edirdi. Bir təhər qafasına əl gəzdirərək əvvəlki padşahı çağırmalarını əmr etdi. Tükənməz mərifət sahibi olan həmən kəs anındaca İsfəndiyarın hüzurunda peyda oldu.

-      Məni ən ümdə arzuma qovuşdurduğuna görə sənə sonsuz təşəkkürümü yetirirəm. İstədiyimə artıqlaması ilə nail oldum. İş orasındadar ki, mən bircə günlüyə padşah olmaq niyyətindəydim, bu müddət də artıq başa çatmaqdadır. Ona görə də sizə bir daha sidqi-qəlbdən minnətdarlığımı çatdıraraq səhər tezdən qoşunun başında olmağınızı rica edərdim.

         Məstlikdən səntirləyən İsfəndiyarın gücü yalnız bu kəlmələrə yetdi. Zindan ağırlığında göz qapaqlarının möhkəm-möhkəm qapanmağı ilə qış yuxusuna getməyi bir oldu.

         Bir də onda ayıldı ki, çöhrəsinə sığal çəkirlər. Ürəyinə gəldi ki, yəqin, bu kənizlərin işidir. Gözlərini aralayanda Günəşin al şəfəqləri ilə ona nəvaziş göstərdiyinin mahiyyətinə vardı. Həyətlərindəki oturacaqdaydı. Gecəni buradaca yola vermişdi. Ay və ulduzlar artıq qeybə çəkilmiş, onların şux nəğməsi də çoxdan bitmişdi.  

                                                                          Azad Müzəffərli

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı
26.03.2019, 01:02

Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

Çin Fransadan 300  "Airbus" alır
26.03.2019, 00:44

Çin Fransadan 300  "Airbus" alır

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma
26.03.2019, 00:29

İsrail hərbçiləri ilə “Həmas” arasında razılaşma

Avtomobillər qar uçqunu altında qaldı
26.03.2019, 00:14

Avtomobillər qar uçqunu altında qaldı

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı
25.03.2019, 23:57

Nemət Pənahlı Azərbaycan Xalq Hərəkatından çıxarıldı

Suriyada 3 hərbçisi öldü
25.03.2019, 23:42

Suriyada 3 hərbçisi öldü

Türkiyə millisi Moldovaya heç bir şans vermədi
25.03.2019, 23:27

Türkiyə millisi Moldovaya heç bir şans vermədi

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu
25.03.2019, 23:10

Sərnişin təyyarəsi səhvən başqa şəhərə uçdu

Yardımlıya qar yağdı - VİDEO
25.03.2019, 22:56

Yardımlıya qar yağdı - VİDEO

Gəncədə ata və oğlunu maşın vurdu
25.03.2019, 22:43

Gəncədə ata və oğlunu maşın vurdu

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır
25.03.2019, 22:30

Avropa Birliyi “Breksit”lə bağlı hazırlıqları tamamlayır

Meyxanaçı Ağakərim barədə üzücü xəbər
25.03.2019, 22:13

Meyxanaçı Ağakərim barədə üzücü xəbər

Türkiyə ABŞ-ın qərarını pislədi
25.03.2019, 22:00

Türkiyə ABŞ-ın qərarını pislədi

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç
25.03.2019, 21:42

“Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdir” - Nikola Yurçeviç

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib
25.03.2019, 21:25

BMT-nin Qolan yüksəkliklərinin statusu barədə mövqeyi dəyişməyib

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi
25.03.2019, 21:11

“Azərbaycan yığmasının texnikalı oyunçuları var” - Rəqib baş məşqçi

İsrail ordusu Qəzzanı bombalayıb
25.03.2019, 20:56

İsrail ordusu Qəzzanı bombalayıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı
25.03.2019, 20:43

Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıdı

Gəncədə ağır qəza: yaralılar var
25.03.2019, 20:27

Gəncədə ağır qəza: yaralılar var

18 nəfər daşqınların qurbanı oldu - VİDEO
25.03.2019, 20:14

18 nəfər daşqınların qurbanı oldu - VİDEO

Azərbaycan millisi Litva ilə bacarmadı
25.03.2019, 20:00

Azərbaycan millisi Litva ilə bacarmadı

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi   
25.03.2019, 17:48

Havalar niyə soyuq keçir? - Baş hidroloq aydınlıq gətirdi  

Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

ARXİV