Modern.az

Tanıdığınız tanışlar: Nazir qızını tanıya bildiniz?..  

Tanıdığınız tanışlar: Nazir qızını tanıya bildiniz?..   

9 Mart 2019, 12:49

Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli Modern.az-ın əsas səhifəsində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  

Bu şəkildəki şəxs Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevadır. 

Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. Ailədə 2 qardaş, 4 bacı olublar.  Gövhər xanımgil 5-6 yaşına qədər Bərdədə yaşayıblar. Sonra Bakıya köçüblər.  Paytaxtda əvvəlcə 39, sonra 212 saylı məktəbdə rus bölməsində təhsil alıb.

O, 1972-ci ildə C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinə daxil olub. Ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
1977-ci ildə - ali məktəbi bitirirəndən sonra AMEA-nın Şərqşünaslıq İnstitutunda baş laborant kimi çalışmağa başlayıb. Daha sonralar müxtəlif vəsifələrdə çalışaraq bu elm ocağının rəhbəri postunadək yüksəlib.

G.Baxşəliyeva 1997-ci ildən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktorudur.

Gövhər Baxşəliyeva 2000-ci ildən bəri deputatdır. Bitərəf deputat kimi  II, III, IV, V çağırış Milli Məclisdə Bərdə rayonunu təmsil edir.

Xanım deputatın atası Baxşəli Baxşəliyev 18 il - 1970-ci ildən 1987-ci ilə qədər Sovet Azərbaycanında maliyyə naziri olub. Nazir olana qədər isə nazir müavini kimi çalışıb.
Gövhər Baxşəliyevanın oğlu Mehdi Abdullayev 2016-cı ilin sentyabr ayından Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Humanitar və Sosial məsələlər üzrə prorektorudur.

Akademik G.Baxşəliyeva 10-larla elmi əsər, monoqrafiya, kitab müəllifidir.

 



A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?