Modern.az

Bu gün Bakıda “Eurovisioni-2012” ilə bağlı təhlükəsizlik iclası keçiriləcək

Bu gün Bakıda “Eurovisioni-2012” ilə bağlı təhlükəsizlik iclası keçiriləcək

13 Dekabr 2011, 22:38

“Eurovision-2012” Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində dekabrın 14-də Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunan iclas keçiriləcək.

Avropa Yayımları Birliyinin nümayəndələrinin  iştirakı ilə keçirilən  toplantıda “Eurovision” Mahnı Müsabiqəsində təmsil olunan nümayəndə heyətlərinin, şounun keçiriləcəyi məkanın  təhlükəsizliyinin təşkili məsələləri,  digər toplantıda isə “Eurovision” Mahnı Müsabiqəsi  dövründə media ilə münasibətlər və ictimaiyyətlə əlaqələr müzakirə olunacaq.

Bir gün davam edəcək  iclaslarda Avropa Yayımları Birliyini  Eurovision Mahnı Müsabiqəsinin Baş prodüseri Yan Ola Sand, "Eurovision TV"nin direktoru Jorqan Frank, "Eurovision" Mahnı Müsabiqəsinin təşkilatçı prodüseri  Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir