Modern.az

BDU-nun yeni rektoru kimdir? - DOSYE

BDU-nun yeni rektoru kimdir? - DOSYE

Təhsil

11 Mart 2019, 16:27

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.


Modern.az
-ın məlumatına görə, Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.

Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Universitetdə astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın baş redaktor müavini vəzifələrində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedoqoji fəaliyyətlə məşğul olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir