Modern.az

157 nəfərin öldüyü təyyarənin “qara qutu”su tapıldı

157 nəfərin öldüyü təyyarənin “qara qutu”su tapıldı

11 Mart 2019, 16:56

Qəzaya uğrayan “Efiopiya hava yolları” şirkətinə məxsus təyyarənin “qara qutusu” tapılıb.

Modern.az xəbər verir ki, Efiopiya dövlət televiziyası EBC təyyarənin “qara qutusu”nun və uçuş məlumat aparatının zədəsiz şəkildə tapıldığı haqqında məlumat yayıb.

Məlumata görə, “qara qutu” pilot kabinəsindən səs yazısı qeyd edib. Hazırda həmin məlumatlar müvafiq orqanlar tərəfindən araşdırılır. 

Qeyd edək ki, martın 10-da “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və 8 ekipaj üzvünün hamısı həlak olub. 

Ölən sərnişinlərin 33 millətin nümayəndələri olduğu təsdiqlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir