Modern.az

“Sputnik Azərbaycan” şef redaktorun işdən çıxması barədə açıqlama yaydı  

“Sputnik Azərbaycan” şef redaktorun işdən çıxması barədə açıqlama yaydı   

Media

11 Mart 2019, 18:14

““Sputnik Azərbaycan” Agentliyinin şef redaktoru Mətin Məcidli (Yaşaroğlu) redaksiyanı tərk edərək başqa layihələrlə məşğul olmaq qərarına gəlib”.

Bu haqda Modern.az-a “Sputnik Azərbaycan” Agentliyindən verilən məlumatda bildirilib. 


Qeyd edilib ki, Mətin Məcidliyə rotasiya qaydasında Bakı redaksiyasında multimedia formatlarının, video kontentin, mətbuat mərkəzinin layihələrinin və agentliyin sosial şəbəkələrinin inkişafına cavabdeh kreativ prodüsser vəzifəsini tutmaq təklif olunub: 


“Bundan əlavə, ona agentliyin Ankara, Minsk, Berlin və Bişkek redaksiyalarında təcrübə mübadiləsi yolu ilə yeni təcrübə əldə etmək təklif olunub”.


“Sputnik Azərbaycan” bəyan edib ki, bir sıra nəşrlərin, həmçinin sosial şəbəkədəki bəzi şəxslərin agentlikdaxili kadr rotasiyasının siyasi səbəbləri barədə mülahizələrinin heç bir əsası yoxdur:

“İstənilən layihənin, o cümlədən “Sputnik”in inkişafı kadr yerdəyişmələrini və işin müxtəlif istiqamətlərinin təcrübəli və peşəkar əməkdaşlarla gücləndirilməsini tələb edir.

 

Ona görə də “Sputnik” yeni əldə etdiyi biliklər də daxil olmaqla Mətin Məcidlinin bacarıqlarından yeni redaksiya məhsullarının inkişafı üçün istifadə etməyi planlaşdırırdı. O, fikirləşmək üçün vaxt götürdü, lakin nəticədə təklifdən imtina etdi. Bu, onun hüququ və seçimidir, biz də buna hörmətlə yanaşırıq”.

 

"Agentliyimizin fəxr edə biləcəyi nailiyyətlər həm də Mətinin zəhmətinin bəhrəsidir. Biz onun qərarına hörmətlə yanaşırıq, birgə keçdiyimiz yola görə ona təşəkkür edirik və yeni layihələrdə uğurlar arzulayırıq" - deyə “Sputnik Azərbaycan”ın rəhbəri Əziz Əliyev bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi