Modern.az

Məşhur döyüşçü Konor Makqreqor saxlanıldı  

Məşhur döyüşçü Konor Makqreqor saxlanıldı   

12 Mart 2019, 09:24

Məşhur MMA döyüşçüsü Konor Makqreqor Amerikada polislər tərəfindən saxlanılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, K.Makqreqorun saxlanılmasına səbəb onun azarkeşin mobil telefonunu sındırması olub.

Məlumata görə, fanatlarından biri Konor Makqreqor oteldən çıxarkən onun şəkilini çəkib. Bundan hirslənən K.Makqreqor azarkeşin telefonunu alaraq sındırıb və özü ilə aparıb.

Buna görə də ona qarşı soyğunçuluq və özgənin əmlakına ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.
K.Makqreqor evində həbs edilib. Hazırda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir