Modern.az

Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclası üçün Qarabağa getməyəcək  

Ermənistan prezidenti Təhlükəsizlik Şurasının iclası üçün Qarabağa getməyəcək  

12 Mart 2019, 14:10

Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Şurasının işğal altındakı Qarabağ torpaqlarında baş tutacaq iclasına qatılmayacaq.

 

Modern.az xəbər verir ki, Sarkisyanın mətbuat xidməti bunu iclasa dəvətin gec verilməsi ilə izah edib.

"Prezident Armen Sarkisyan dünən gecə radələrində bu gün Qarabağda keçiriləcək iclasa dəvət alıb. Amma texniki səbəblərə görə o, iclasa qatıla bilməyəcək"- deyə mətbuat xidməti məlumat verib.

 

Xatırladaq ki, bu gün Xankəndində Nikol Paşinyanın iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası baş tutacaq. İclasa xarici işlər naziri Zoqrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanestyan və s. qatılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər