Modern.az

Paşinyan danışıqların aparılması üçün şərtlərini irəli sürdü  

Paşinyan danışıqların aparılması üçün şərtlərini irəli sürdü  

Qarabağ

12 Mart 2019, 16:22

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində keçirdiyi Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan açıqlamasında Minsk qrupu həmsədrlərinin irəli sürdüyü 3 prinsip və 6 elementin dəqiqləşdirilməsini tələb edib.

 

"Hər hansı spekulasiyalara yol verməmək üçün rəsmən bəyan edirəm ki, Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin 1 nömrəli təminatçısı olub və olacaq, həmçinin, danışıqlar prosesində iştirakını davam etdirəcək.
Daha bir vacib suala cavab vermək lazımdır: ATƏT-in Minsk Qrupunun danışıqlar prosesi üçün əsas olacaq 3 prinsip və 6 elementi  Ermənistan Nazirlər Kabineti tərəfindən qəbul olunurmu?
Bu doğurdan da vacib məsələdir və biz əlavə izahata ehtiyac duyuruq. Bu prinsiplər praktikada nə məna verir və bu prinsipləri şərh etmək hüququ kimə məxsusdur? Bu vacibdir, çünki Azərbaycanın bununla bağlı şərhləri bizim üçün qəbuledilməzdir. Düzdür, biz prinsiplərlə bağlı öz şərhlərimizi verə bilsək də, məqsədimiz söz güləşdirmək deyil, effektiv danışıqlar aparmaqdır. Və danışıqlar üçün əsas heç bir fərqli yanaşmaya yol verməyəcək açıqlamalar olmalıdır.
Amma həmsədrlərin təklif etdiyi prinsip və elementlər son 10 ildə ən fərqli şərhlərə yol açıb. Ona görə də, danışıqlar prosesinin bu mərhələsində əsas olan həmin 3 prinsip və 6 elementin izahı olmalıdır. Biz belə danışıqlara da hazırıq"-deyə Nikol Paşinyan jurnalistlərə deyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir