Modern.az

İngiltərənin nüfuzlu azərbaycanlı atom alimi dünyasını dəyişdi  

İngiltərənin nüfuzlu azərbaycanlı atom alimi dünyasını dəyişdi    

Allah rəhmət eləsi̇n

13 Mart 2019, 11:56

Uzun illərdir ki, İngiltərədə yaşayan əslən Təbrizdən olan atom alimi Fəraməz Əkbərian dünyasını dəyişib. O, doğulduğu Təbriz şəhərində dəfn olunub.

Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Fəraməz Əkbərian uzun illər İngiltərənin atom sənayesinin inkişafında elmi-tədqiqatalar aparan alimlərdən olub. 10 ilə yaxın idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Fəraməz Əkbərian elmi fəaliyyəti ilə yanaşı, milli düşüncələri ilə tanınırdı. Həmişə İngiltərədə Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edirdi.

Alimin həyat yoldaşı, İngiltәrә-Azәrbaycan Cәmiyyәtinin nümayәndәsi Fəridə Pənahova İngiltərədə Azəraycan diaspor fəaliyyətində və Ermənistan səfirliyi qarşısında keçirilən aksiyalarda fəallığı ilə seçilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi