Arxiv
13 mart 2019, 14:54 | QARABAĞ
Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? - Fazil Mustafa  

“Ermənistanın yeni hakimiyyəti Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirdi. Orada Məhsul Bayramı, Caz Festivalı və ya Kitab Yarmarkası keçirsəydilər bizim üçün hansısa fərq edərdimi? Əslində diplomatiya baxımından kifayət qədər kobud səhvə yol verdilər, Qarabağın işğalının siyasi etirafını bu addımla bəyan etmiş oldular”.

Modern.az-ın məlumatına göprə, bunu millət vəkili Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğaı altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz  səfərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, bu səfərdə məqsəd Qarabağ ermənilərində inam yaratmaqdır ki, Yerevan heç vaxt bu torpaqları geri verməyəcə:

“Bu, həm də bizdə pessimizm yaratmaqdır ki, “bir də bu torpaqları görmək istəsəniz, qulağınızın dalını görərsiniz”. İşğal olunmuş bütün ərazilərdə ermənilər yollar salıb, evlər tikir, qəsəbələr inşa edirlər ki, bizi bir az da ruhdan salsınlar. Həm də onlara himayəçilər təminat verir ki, narahat olmayın, Azərbaycan psixoloji cəhətdən yenidən dirçələ bilməyəcək. Bunlar gözlənilən, proqnozlaşdırılan davranışlardır, onsuz da biz dəvəsi ölmüş ərəb kimiyik, dəvəmizin dərdini bir tərəfə qoyub yenidən dirçəlişin istiqamətlərini doğru təyin etməkdən başqa alternativimiz qalmayıb. Bu halda isə ən isabətli yol bütün sahələrdə ölkənin güclənməsi üçün düşüncələrimizi paylaşmaqdır”.

Fazil Mustafa deyib ki,  Azərbaycanda siyasi qüvvələrin, ictimai güclərin, düşüncə adamlarının dövlətin moderatorluğu altında problemləri açıq müzakirəsinə ehtiyac var:

“Müzakirə mühiti yaradılmadan, problemlərin gerçək təyinatı anlaşılmadan islahatlar irəli yürüməz. Qarabağ reseptini 3-4 məmurun qafasından çıxan cızmaqara yazısı ilə aptektə oxuyub başa düşən olmayacaq. İllərdir siyasətdə olsam da, dövlət adına hələ kimsə soruşmayıb ki, sənin Qarabağla bağlı düşüncən, təklifin nədir? Əminəm ki, mənim kimi yüzlərlə azərbaycanlıdan da bu sual soruşulmayıb. Ona görə müzakirələrə zərurət var ki, Qarabağın taleyi, ölkənin gələcəyi ilə bağlı bu dövlətin, bu Vətənin, bu millətin məsuliyyətini daşıyan insanlar düşüncələrini ortaya qoysunlar, İki sahədə özümüzü aldatmaqdan və dəyərləri pula qurban verməkdən vaz keçməsək, başlamaq sözünün də bir mənası qalmayacaq.
Birincisi, təhsildə, ikincisi səhiyyədə özümüzü aldatmadan geriliyimizi, natamamlığımızı çılpaqlığı ilə ortaya qoyaraq, zehni və fiziki sağlamlığımzdan irəli start götürməliyik. Finlandiyanın, İsrailin, İrlandiyanın inkişaf modelinin əsasında məhz bu sahələrdəki etiraf və dəyişim təməl rolunu oynamışdır. Ən azı irəlidəki yarım əsrdə fin kimi, yəhudi kimi, irland kimi düşünən azərbaycanlıya çevrilməyi bacarmasaq, Dədə Qorqud babamızın dövründən qalmış sapand daşını bugünkü fələstinli dindaşlarımız kimi havaya fırlamaqla başımızı girləyəcəyik.
Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? Əgər özümüzə aid olan zəruri addımlara atmağa təlsmiriksə, bizim üçün bayramlarını, iclaslarını harada keçirmələri fərq edərmi?”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45