Modern.az

Qazaxıstan və Türkiyə hərbi sahədə əməkdaşlığa başlayır  

Qazaxıstan və Türkiyə hərbi sahədə əməkdaşlığa başlayır   

14 Mart 2019, 00:14

Qazaxıstan ilə Türkiyə arasında bu ilə dair hərbi əməkdaşlıq planı imzalanıb.

Modern.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri Astanada Qazaxıstan Respublikasının Birinci Prezidenti adına Milli Müdafiə Universitetində bir araya gəliblər.

 

Görüşün sonunda tərəflər bu il üçün hərbi kəşfiyyat, döyüş hazırlığı, sülh gücü fəaliyyəti, kibertəhlükəsizlik və digər məsələlərdə 17 tədbiri əhatə edən hərbi əməkdaşlıq planına imza atıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir