25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Bütün sahələrdə islahat gedir, bəs səhiyyə?..  
Bütün sahələrdə islahat gedir, bəs səhiyyə?..  
14.03.2019, 08:37

Yeni təqvim ilindən etibarən Prezident İlham Əliyev köklü islahatlara start verib. İslahatlar daha çox sosialyönümlü olmaqla, insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəlib. Bununla yanaşı, bir sıra kadr və struktur dəyişiklikləri də aparılır.

İctimaiyyət bu islahatların səhiyyə sahəsini də əhatə edəcəyinə böyük ümidlər bəsləyir. Cəmiyyət arasında gedən söhbətlər, sosial şəbəkələrdəki müzakirələr, ekspert rəyləri səhiyyədə islahatların vacibliyini deməyə əsas verir.
İctimaiyyət səhiyyə sahəsində ciddi kadr dəyişikliklərinin vacibliyi haqda da danışır.

Bir sözlə, nəzərə alsaq ki, bu gün Azərbaycan vətəndaşının daha çox narazı qaldığı sahələrdən biri məhz səhiyyə sistemidir, o zaman bu sahədə də ciddi islahatlara ehtiyac yarandığını vurğulamaq olar.

Modern.az saytı “Hazırda Azərbaycanda səhiyyəsində hansı islahatlara ehtiyac var” sualı ilə mütəxəssislərə müraciət edib.


Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev Modern.az-a bildirib ki, səhiyyə sahəsindəki islahatlar mərəhələli şəkildə aparılır:

“2003-cü ildən indiyədək cənab Prezidentin xüsusi diqqəti sayəsində ölkədə 700-dək müasir səhiyyə müəssisəsi yaradılıb, kadr təminatı həyata keçirilir, artıq rezedentura Azərbaycan Tibb Universitetində fəaliyyət göstərir, Beynəlxalq səviyyədə əlaqələr qurulub. Bunlarla yanaşı, səhiyyənin optimallaşdırılması sahəsində icbari tibbi sığortanın tətbiqi üçün həm hüquqi norma, həm də təşkilati əsaslar yaranıb. Artıq 3 ildir ki, icbari tibbi sığorta Yevlax, Mingəçevir, Ağdaşda  sınaqdan keçirilir. Bu il də icbari tibbi sığortaya daha geniş keçid ili elan olunub. Həm klinikalar, həm mütəxəssislər icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılır. İcbari Tibbi Sığorta Agentliyi Səhiyyə Nazirliyilə bir yerdə publik hüquqi şəxsə çeviriləcək dövlət səhiyyə müəssisələrinin attestasiyasını aparır, onların uyğunluğunu müəyyənləşdirilir. Gələn il müəssisələrin hamısı publik hüquqi şəxsə çevriləcək və icbari tibbi sığortanın tətbiqinə başlanacaq”.

 

“Səhiyyə sahəsindəki ciddi problemlər həll olunacaq”

 

Sədr müavini hesab edir ki, icbari tibbi sığortanın tətbiqi Azərbaycanda əhalinin ciddi problem yaşadığı keyfiyyətli və əlçatan səhiyyə xidmətlərilə bağlı məsələlərin tam həll olunmasına gətirib çıxaracaq:

“İcbari tibbi sığortanın tətbiqi üçün hər bir hüquqi əsas yaradılıb. Ötən ilin sonunda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “İcbari tibbi sığorta haqqında” qanuna yüzdən çox əlavə və dəyişikliklər daxil oldu. Onlar da parlament tərəfindən geniş müzakirə edilərək, qəbul olundu. Hazırda TƏBİB Publik hüquqi şəxsin yaradılması istiqamətində işlər gedir, artıq icbari tibbi sığortanın maliyyə mənbələri də müəyyənləşib. Dövlət, işəgötürən və vətəndaş tərəfindən hansı məbləğdə ödənişlərin olunacağı məlumdur. İcbari tibbi sığortanın baza və  əlavə zərfləri var. Baza zərfi bütün Azərbaycan vətəndaşlarına, o cümlədən ölkəmizdə turist səfərində olan, əcnəbi, yaxud vətəndaşlığı olmayan əcnəbi statusunda yaşayan hər kəsə təcili və təxirəsalınmaz baza xidətindən istifadəyə imkan verəcək. Əlavə dəstəkdə isə 2 mindən çox tibbi müayinə və müalicə istiqamətləri nəzərdə tutulub ki, bu da vətəndaşlarımızın səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsinə kifayət edəcək”.

 

“Maliyyə mənbələrindəki vəsait kifayət qədərdir”

 

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın təminatlı şəkildə işləməsi, büdcəsinə daha çox vəsait toplaması üçün iş yerləri tam olaraq leqallaşdırılmalıdır:

“Hazırda hökumət bu sahədə tədbirlər görür. Amma icbari sığortanın tam tətbiqindən sonra vətəndaşlar özü anlayacaq ki, iş yerində əmək müqaviləsinin bağlanması onlar üçün nə qədər vacibdir. Ümumilikdə icbari tibbi sığorta qeyri-leqal məşğulluğun aradan qaldırılmasında mühüm rol oynayacaq. Bunun üçün müəyyən vaxt lazımdır”.

Parlamentari icbari tibbi sığortanın tətbiqi üçün ayrılan vəsaitin yetərli olmadığı haqda ikirlərlə razılaşmır:

“Hələlik 1,5 - 2 milyard vəsait yetərlidir.  Bu vəsaitlə normal tibbi xidmət göstərmək mümkün olacaq. Bu vəsait indiki mənbələrdə var. Gələcəkdə 4 milyard olarsa, daha yaxşı. Bir məsəl var: “Plovun yağı çox olanda onun heç kimə ziyanı olmur”. Başlanğıc üçün bizə 1,5 milyard manat vəsait lazımdır. Bu vəsait də həm dövlət büdcəsi, həm işəgötürənlər, həm işçilər, həm də sərbəst iş fəaliyyətilə məşğul olan vətəndaşların ödənişləri hesabına formalaşacaq. Gələcəkdə icbari tibbi sığortanın büdcəsi də, maliyyə imkanları da, əməkhaqları da artacaq. Dövlətin iqtisadi gücü artdıqca, qeyd olunan 4 milyard manata da çatacağıq”.

 

“İcbari tibbi sığortaya ayrılan vəsait yetərli deyil”

 

Professor Adil Qeybulla saytımıza bildirib ki, icbari tibbi sığorta tətbiq olunmayınca, səhiyyə sahəsindəki problemlər aradan qalxmayacaq:

“Bu sahədə hələ 1999-cu ildə fərman verilsə də, problem öz həllini tapmayıb. İndi də icbari tibbi sığorta tətbiq etmək istəyirlər. Amma bütün yanaşmalar göstərir ki, yanlışlıqlar çoxdur. Bu məsələdə mütəxəssislərdən, vətəndaş cəmiyyətinin üzvlərindən bircə nəfər də olsun müzakirələrə cəlb olunmayıb. Bu gün icbari tibbi sığortaya ayrılan vəsait də yetərli deyil. 1 il əvvəl apardığımız hesablamalara görə, xəstələnmə, əməliyyat və “çek-up”lar üçün təxminən xərclər 4 milyard manatdır. İcbari tibbi sığortaya ayrılan  vəsait isə 2 milyard manata yaxındır. Əhalinin çoxu işsizdir, əmək birjaları yoxdur. Bu səbəbdən  işsiz əhali də dövlətin çiyinlərindədir. Tələbələr, gəliri olmayanlar, hamilə qadınlar və s. də dövlət büdcəsindən maliyyələşməlidir. Özəl setorda çalışanlar isə öz maaşlarından sığortalanır. Bunlar çox az hissə təşkil edir. Bu vəsait haradan toplanacaq, maliyyə mənbərləri nədir? Yanaşmalar tətbiq olunanda bütün detallar öyrənilməlidir. Pilot layihələrdə xeyli fəsadlar yaşanır. Bunları görməzdən gəlmək olmaz. Bütün bunları nəzərə alaraq, respublika üzrə bu fəsadlar yaşanmasın deyə, hazırlıqlı olmaq lazımdır.

Bir misalla hər şey aydın olur: ABŞ-ın tibbi xərcləri federal büdcəni üstələyir. Biz isə mənbələr tapmadan, icbari tibbi sığortanı effektiv olaraq həyata keçirə bilməyəcəyik”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV