Modern.az

Yanvarda kənd təsərrüfatı məhsullarının dəyəri – 313.1 milyon manat

Yanvarda kənd təsərrüfatı məhsullarının dəyəri – 313.1 milyon manat

Aktual

14 Mart 2019, 16:51

2019-cu ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 313,1 milyon manat təşkil edib.

 

Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, vəsaitin 301,6 milyon manatı heyvandarlıq, 11,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 43,6 faiz, heyvandarlıq məhsulları üzrə isə 1,2 faiz artıb.

 

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 40,7 min ton ət, 152,5 min ton süd, 144,2 milyon ədəd yumurta istehsal edilib, 2018-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 0,9 faiz artıb, yumurta istehsalı isə 14,5 faiz azalıb.

Cari il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 18,7 min baş iribuynuzlu mal-qara, 19,4 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 5,0 min baş iribuynuzlu mal-qara, 15,3 min baş qoyun və keçi satılıb.

 

2018-ci ildə 141,3 min baş inək, camış və düyə elit törədicilərin toxumları ilə mayalandırılmış və 89,0 min baş bala alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi