Modern.az

Britaniya parlamenti “Brexit”in təxirə salınmasına səs verdi

Britaniya parlamenti “Brexit”in təxirə salınmasına səs verdi

14 Mart 2019, 23:47

Britaniya parlamentariləri ölkənin Avropa İttifaqından (Aİ) çıxma tarixinin bir müddət sonraya təxirə salınmasının lehinə səs verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  layihənin lehinə 412, əleyhinə isə 202 deputat səs verib.

Məlumata görə, əgər parlament baş nazir Tereza Meyin "Brexit" üzrə saziş variantını təsdiq edərsə, ölkənin Aİ-dən çıxışı iyunun 30-na təyin olunacaq.

Daha əvvəl Britaniya parlamentariləri Krallığın Aİ-nin tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün "Brexit" möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

Qeyd edək ki, “Brexit” müqaviləsi 2 dəfə səs verməyə qoyulsa da parlament tərəfindən qəbul edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır