22 mart 2019, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Novruz mərasimi: Xanbəzəmə
Novruz mərasimi: Xanbəzəmə
15.03.2019, 10:44

SAHAB ƏLİYEVA
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru 

 

   Hər bir xalqın mərasim folklorunda bayramlarda icra olunan oyun və tamaşalar xüsusi yer tutur. Bayramlarda xalqın mənəvi-əxlaqi dəyərləri, etik-estetik düşüncəsi, bəşəri duyğuları geniş şəkildə öz əksini tapır. Azərbaycan türkləri də çox əzəli çağlardan əcdadlarının yaranış və törənişi, zaman və fəsil anlayışları, bolluq və firəvanlıq istəklərini müxtəlif bayramlarla qeyd etmişlər. Bu bayramlardan ən böyüyü isə Novruzdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa, insana məhəbbət bayramıdır. Xalqın estetik düşüncəsində xüsusi yeri olan Novruzla bağlı söylənən müxtəlif nəğmələr, keçirilən mərasimlər bu bayramın dəyərini daha da artırır. Novruzla bağlı adətlərimiz, mərasimlərimiz rəngarəng olub, hər bölgəmizdə fərqli şəkildə qeyd edilir.

 Öz qədimliyi, adət-ənənələrinin zənginliyi ilə seçilən Ordubadda mərasimlər, bayramlar, el şənlikləri çox şən və təmtəraqlı keçirilir. Bu mənada Novruz bayramı da öz rəngarəngliyi ilə başqa bölgələrdən fərqli olaraq Ordubadda daha möhtəşəm qeyd olunur. 

       El adəti ilə bayram üç gün keçirilir. Bu üç gündə - mart ayının 21, 22, 23-də qohum, qonşu, dost və tanışlar bir-birlərini gedib görür və bayramlaşırlar.

       Novruz bayramında Ordubadda keçirilən xüsusi mərasimlərdən biri “Xanbəzəmə” dir. Bu mərasim zamanı, yəni mart ayının 21-dən 24-ə qədər şəhərin Sərşəhər, Mingəs meydanlarında böyük çinar ağaclarının altında taxt-tac qurulur, hər yerə xalı-xalça döşənir. Taxt-tacda oturmaq üçün xalq tərəfindən Xan seçilir, ona əba, arxalıq, xalat, çarıq geyindirilir, belinə qurşaq bağlanır, başına tac qoyulur və vəzir, vəkil, fərraşları, cəlladı ilə birlikdə taxta çıxarılır. Sonra zurna-balaban çalanları çağırtdırıb, meydanda müxtəlif xalq havaları çaldırırlar. Camaat meydana toplaşıb, bu mərasimə tamaşa eləyir. Xan isə özünü ciddi aparmalı, bir dəfə də olsun gülməməli, ciddi, qürurlu şəkildə taxtında oturub əmrlər verməlidir. Xanın əsas vəzifəsi ədalətsizliyə yol verməmək, düzgün qərarlar çıxarmaqdır. O, eyni zamanda, kimin nə şikayəti varsa, qulaq asmalı və tədbir görməlidir.

       Belə mərasimlərdə çox zaman mərasim başlayandan sonra Xan üzünü camaata tutub soruşur:    

 -Kimin nə dərdi-səri, şikayəti var?

       Bir qarı hüzura çıxıb deyir:

-Xan sağ  olsun! Var-yox bir toyuğum var idi. Bu toyuğun yumurtası ilə dolanırdım. Dünən toyuğumu oğurlayıblar. Oğrunun tapılıb toyuğumun qaytarılmasını istəyirəm.

      Xan deyir:

-Toyuğun əlamətlərini söylə, tapdıraram.

      Qarı meydanı dolanıb oynaya-oynaya oxuyur:

 

Mənim toyuğum çil-çil idi,

Qanadları mil-mil idi.

Səni yanasan toyuq tutan,

Odlanasan toyuq tutan.

 

       Xan şəhərin əmniyyət müdirini çağırıb toyuğun tapılıb gətirilməsini tələb edir. Çox keçmədən qarının toyuğu tapılıb özünə qaytarılır.

       Bu tipli şikayətlər davam edir, xan üç gün şikayətçilərin dərdini dinləyir. Meydanın bir tərəfində cavan oğlanlar, o biri tərəfində isə yaşlı kişilər cərgə ilə düzülüb, əl-ələ tutaraq zurna-balabanın sədaları altında Cəngi havasıyla yallı gedirlər. Hər dəstənin başında əlində yaylıq özünə güvənən bir igid dayanır. Əgər dəstənin ya axırında, ya da ortasında kimsə cərgəni pozub, dala qalarsa, onda xan həmin şəxsi cəzalandırır. Ya həmin şəxsin kürəyinə şallaq vurulmalı, ya o, mahnı oxumalı, ya da cərimə ödəməlidir. Xanın əmri əmrdir, heç kəs onun əmrindən çıxa bilməz və heç kim ona söz deyə bilməz. Camaat maraqla cəza alacaq adamı gözdən qoymayıb, diqqətlə xanın əmrinin yerinə yetirilməsini gözləyir. Cəzalanan şəxs isə camaat arasında pərt olmasın deyə, ya mahnı oxuyur, ya da  camaata bir səbət yumurta, bir qab səməni, yaxud halva verməklə canını qurtarır.

      Sonra kim öz gücünə arxayındırsa, irəli çıxır və musiqi sədaları altında əl-qolunu ata-ata meydanı dörd dolanır, özü ilə güləşəcək pəhləvan axtarır. Xalq arasında zarafatı, duzlu-məzəli söhbətləri ilə tanınan bir nəfəri meydana dartırlar ki, güləşsin. Bundan sonra əsl tamaşa başlanır. Güləşənlər əl-ələ verib görüşür, ya yarı qurşağa qədər soyunur, ya da elə paltarda, zurna-balabanın  sədaları altında əl-qollarını ölçə-ölçə meydanda gərdiş edirlər. Gah bir-birinə yaxınlaşıb, sinələrini toqquşdurur, gah da aralanıb, yenidən meydanda var-gəl edirlər. Camaat da hay-küy salır, hərə öz tanıdığı, dəstəklədiyi adamın adını çəkir və “Hə, qorxma, tut belindən, qaldır yuxarı, olmadı, bir də” deyə-deyə onları həvəsləndirir. Bu zaman güləşənlərdən biri cəld tərpənib rəqibinə badalaq vuraraq qamarlayıb, onu başı üstünə qaldırır və üç dəfə fırladıb, yavaşca yerə qoyur. Meydandakı bütün qız-gəlin, oğul-uşaq əl çalaraq qalibi alqışlayırlar. Xan isə öz növbəsində qalibi şarf, pul, bir cüt corab və sairlə mükafatlandırır.

       Bu mərasimdə Xanla təlxək, keçəllə kosa arasında olan deyişmələr də maraqlı olub, tamaşaya xüsusi gözəllik verir. Xan meydanın boş olduğu bir məqamda üzünü təlxəyə tutub deyir:

 

                                                     Gətir xonça tabağı,

                                                     Hər matahda nəyin var.

                                                     Gəlib bizi görməyə,

                                                     Təbrizdən qonağım var.

 

       Təlxək bir sıra oyun və pantamim hərəkətlər göstərərək, xana üz-gözünü əyib deyir:

 

                                                     Şəkərbura, paxlava,

                                                     Dadlı qayğanağım var.

 

       Bundan sonra isə meydanda keçəllə kosa arasında tamaşa başlanır. Keçəl oxuya-oxuya meydana girir:

                                                     Ay kosa, varım, yoxumdu

                                                     Təkcə bir bu çuxamdı.

                                                     Apar məni ehsana...

 

       Kosa isə tərsinə kürk geymiş hazırcavab, eyni zamanda çox  xəsis bir adamdır. Başında uzun motal papaq, ayağında taxta başmaq var. Boynundan zınqırov sallanır. Paltarının altından qarnına yastıq bağlayıb. Əlində bəzəkli qırmızı çömçə adamların arasında gəzişir. Keçəli eşidən xəsis kosa ona belə cavab verir:

 

                                                      Öz malıma qıymaram,

                                                      Yad süfrədən doymaram.

                                                      Müftə yumurta olsa,

                                                      Qabığını soymaram.

 

       Keçəl kosanın xəsisliyini görüb onu tərifləyir:

 

                                                      Ay uyruğu, uyruğu,

                                                      Əritmişəm quyruğu.

                                                      Saqqalı it quyruğu,                                                    

                                                      Bığları yovşan kosa,

                                                      Gözləri dovşan kosa.

 

      Keçəllə kosanın məzhəkəli oyun və tamaşaları başa çatır.

      Yeniyetmə cavanlar isə meydandan kənara çəkilib, hərə öz tay-tuşu ilə ciblərindən yeddi rəngə boyanmış, bişmiş yumurtaları çıxarıb, döyüşdürür və sınmış yumurtaları papaqlarına doldurub, ya meydanda ucuz qiymətə satır, ya da evlərinə aparıb özləri yeyirlər. Belə deyirlər ki, hər kəs bu bayramda üç ədəd boyanmış yumurta yeməlidir, yoxsa işi düz gətirməz.

       Bu mərasim zamanı meydanlarda adam əlindən tərpənmək olmur. Meydanlar dolub-boşalır və yeni qonaqlar gəlir. Meydanların giriş qapısında, əlində müxtəlif şirniyyatlar, bükmə, paxlava ilə dolu məcməyi tutmuş bir nəfər isə şənliyə gələnlərə yaxınlaşır, konfet, xoruz, ördək, qaz formasında düzəldilmiş şirni olan məcməyini onların qarşısına tutur və hər kəsə “Bayramınız mübarək olsun” deyir. Adamlar da bir-iki konfet götürür, ağızlarını şirin edir və “Sənin də bayramın mübarək olsun” deyib tamaşaçılara qoşulurlar.

      Bəzən elə olur ki, Xanı taxtdan salmalı olurlar. O, güldüyünə, yaxud məclisi idarə edə bilmədiyinə görə taxtdan salınır və yeni Xan seçilir. Bu yeni Xan ədaləti daha əzmlə bərpa edir. Çoxlu şikayətçi qəbul edir və ədalətli qərarlar çıxarır. Tamaşa bayramın sonuncu günü çox nikbin sonluqla başa çatır. Xan gələn Novruza qədər ölkədə ədalətin və əmin-amanlığın davam edəcəyinə əminliyini bildirir və xalqı bayram münasibətilə təbrik edir. Meydanda yenidən gur musiqi səsi ucalır, adamlar bir-birini təbrik edir, haradansa təlxəyin lap uzaqlardan gələn səsi eşidilir:

 

                                                    Gəldi, yetişdi firuz,

                                                    Ötdü, xoş keçdi Novruz.

                                                    Gəldi hamıya müjdə, xoş xəbər,

                                                    Haydı hamımız iş başına səhər.

                                                                                          

         Özündə bir çox xalq təqvimi məsələlərini, tarixi məqamları, xalq inanc və mərasim ənənələrini birləşdirən Xanbəzəmə Ordubadın özünəməxsusluqlarından biridir. Bu mərasimin təbliğ olunması milli-mənəvi yaddaşımızda xüsusi dəyəri olan adət-ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rola malikdir. Bu mənada, tariximizin ən çətin məqamlarında belə qəlblərdə yaşayan, yaddaşlardan silinməyən Novruz və onunla bağlı mərasimlər, inanırıq ki, bundan sonra da birlik və bütövlük rəmzi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.    


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

ARXİV