Modern.az

Almaniyadakı azərbaycanlılardan Diaspor Komitəsi ilə bağlı AÇIQLAMA

Almaniyadakı azərbaycanlılardan Diaspor Komitəsi ilə bağlı AÇIQLAMA

15 Mart 2019, 11:18

Diasporla İş üzrə Dövlət Komitəsindəki son struktur islahatlardan sonra dünyadakı azərbaycanlıların diaspor işində yeni mərhələ başlayıb.

 

Almaniya Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev Modern.az-a açıqlamasında bildirib ki, yeni təyinatdan sonra Dövlət Komitəsinin sədri səviyyəsində Almaniyada yaşayan azərbaycanlılarla dörd görüş keçirilib: “Ümumilkdə isə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hər ay yanımızda olublar.

 

Səfərlərin əsas məqsədi Azərbaycan diasporunu, Koordinasiya Şurasını daha da gücləndirmək, həmvətənlərimizlə görüşlərin təşkilini həyata keçirtməkdir. Koordinasiya Şurası ilə bu həftənin əvvəlində də görüşlər artıq keçirildi. Koordinasiya Şurasının Nizamnaməsi, soydaşlarımızın qayğısına necə qalmaq kimi məsələlər müzakirə olundu. Eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirildi. Bu ilin yayında Azərbaycanda baş tutacaq Diaspor Gənclərinin II Yay Düşərgəsi barədə ətraflı danışıldı”.

 

Yaşar Musayev bildirib ki, komitənin bu şəkildə siyasəti dünya azərbaycanlılarının birliyi üçün çox əhəmiyyətlidir.

 

“Dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlıların xalqımız, dövlətimiz naminə bir araya gəlməsi çox önəmlidir. Yaxşı ideyalar ətrafında birləşməyə hər zaman ehtiyacımız olub.

 

Komitənin son bir ildəki fəaliyyəti onu deməyə əsas verir ki, artıq xaricdə yaşayan soydaşlarımız ideya ətrafında birləşə biliblər. 

 

Təbii ki, xaricdəki soydaşlarımızın bir araya gəlməsi, Azərbaycan üçün əhəmiyyətli günlərdə birləşə bilməsi Dövlət Komitəsinin rəhbərliyinin ciddi işlərinin nəticəsidir. Komitə sədrinin hər bir işə əzmlə yanaşması xaricdə yaşayan azərbaycanlıları  ruhlandırır. Sizi əmin edirəm ki, bunun nəticəsi çox yaxın zamanlarda özünü göstərcək. Heç şübhəsiz ki, bundan dövlətimiz, xalqımız, xaricdə yaşayan soydaşlarımız xeyir görəcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı