23 mart 2019, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Qəbiristanlıqdan birbaşa... saunaya  
Qəbiristanlıqdan birbaşa... saunaya  
15.03.2019, 13:53

Akif Cabbarlı


Qapıbir qonşumuzun uzun müddət rəhbər vəzifələrdə işləmiş dayısı rəhmətə getmişdi. Mərhumun şəhər kənarındakı bağından o qədər də uzaq olmayan qəbiristanlıqdakı dəfn mərasimində elliklə iştirak edəsi olduq. Qonşular, dostlar, həmkarlar, dünyasını dəyişən hörmətli ağsaqqalın keçmiş paqon yoldaşları, rəsmilər, nüfuzlu şəxslər, biznesmenlər və digər səlahiyyət sahibləri havanın çiskinli və küləkli olmasına baxmayaraq, məzarlıqda idilər.


Cənazə torpağa tapşırıldı, molla lazımi təmrinləri yerinə yetirdi, duasını verdi və adəti üzrə bu dünyanın vəfasızlığından, cənnət, cəhənnəm məsələlərindən misallar gətirdi, bu mövzuda Quran ayələrini yada saldı, adamları xeyirxahlığa, yaxşılığa, əxlaqlı və ədalətli olmağa, bir-birinə əl tutmağa çağırdı, var-dövlətin, eyş-işrətin gərəksizliyi barədə moizə də oxudu.


Adamlar mollanın sözlərini bərk külək əsdiyindən olduğu kimi dinləyib qəbul elədi-eləmədi, bu barədə bir söz deyə bilmərəm, ancaq bəzilərinin sifətindən açıq-aydın sezmək olurdu ki, “ay kişi, bəsdir də, bu sözləri yüz min dəfə eşitmişik, qərar hissəsini oxu, dağılışaq gedək də işimizin-gücümüzün dalınca”.


Dağılışdıq. Qəbiristanlıq hündür təpənin üstündə yerləşdiyindən və gilli torpağın da nəmişliyinə görə adamlar bir-birinin qoluna girərək ehmallıqla aşağıda cərgələnən maşınlara sarı addımlayırdılar. Bu adamlar sanki qəbiristanlıqdan yox, hansısa restorandan, yaxud film nümayişindən, ya da ki, yubiley məclisindən ayrılmışdılar. Söhbətləri də ki... Yox, yaxşısı budur küləkdən güclə macal tapıb eşitdiyim bir-iki söhbəti qoy sizə də açıqlayım. Yəqin ki, bu cür məqamlar elə hamınıza tanış gələr.


...Qardaş, nə var-nə yox ey, görünmürsən, sonra bir mənə de görüm o gədəni rədd elədin, yoxsa yox? Eşitdiyimə görə, yuxarılarda adam axtarırmış, deyirlər ki, sənin yerinə göz dikibmiş.

Qardaş da cavabında heç nə demədi, sadəcə baş barmağını şəhadət barmağı ilə ortancılın arasından çıxarıb az qala dostunun gözünə soxacaqdı.

...Qonşu, neyləyirsən, vəziyyətin yaxşıdırmı? Biri var ey, sizinlə bir binada yaşayır, oğlu Türkiyədən kalan mal vurub gətirir. Vallah, qudurub səni saymayacaq. Sənin ki, qardaşın oğlu keçid məntəqəsində söz sahibidir. Bəlkə...

-Narahat olma, ipini çəkəcəm. Növbəti dəfə malının içindən “mal” çıxar, inşallah.

...Qaqa, nə təhərsən, priyomnıdakı qızları dəyişdin, yoxsa yox? O sarı saçlı var ha, aləm şeydi...

-Ə, oğraş, yoxsa katibəmə gözün düşüb? Özünün dayınəvəsi adı ilə saxladığın mənimkindən də yaxşıdır, gözün doymur sənin.

-Yaxşı-yaxşı, incimə, indi mənimkiləri götürüb gedirik saunaya. Gələn həftə üçün də sən tədarük görərsən.

-Yəni deyirsən qəbir üstündən birbaşa... Eşitmədin molla əmi nələr danışırdı?

-Ə, sənin onun dedikləri ilə nə işin? Bir də ki, molla ilə həkimin dediklərinə qulaq asma, elədiklərini təkrar elə.

Maşınlara doluşub getdilər dediklərini eləməyə. Doğrusu, yadımdan çıxmışdı hansı maşınla qəbiristanlığa gəlməyim. Nəticədə piyada qaldım və xeyli aralıdakı avtobus dayanacağına el arasında deyildiyi kimi, on bir nömrə ilə getməli oldum... 

 

Dörd gəmi və qara kürü əhvalatı 


Yaxın dostum və həmkarlarımdan birinin kollektiv arasında səsləndirdiyi şux zarafat az qala başına oyun açacaqdı, yaxşı ki, qarşısını vaxtında ala bildi.


Beş-on ilin söhbətidir. Nüfuzlu nəşrlərin birində birgə çalışırdıq. Şərti adı Asif olan dostum xəstə qohumlarından birini Sankt-Peterburqa aparası oldu. Orada illərdən bəri tanıdığı, əslən Azərbaycandan olan məşhur cərrah müalicəni boynuna götürmüşdü. Nə isə, Asif müəllim də qısa müddətli məzuniyyət götürüb bu xeyirxah missiyanı yerinə yetirmək üçün xəstə ilə birlikdə Neva sahillərinə yola düşmüşdü. Dostumun ayağı düşərli olmuşdu. Xəstə uğurla əməliyyat edilmiş, canı arzuolunmaz bəladan qurtarmışdı. Asif müəllim bir neçə gündən sonra kefi kök, damağı çağ Bakıya qayıtmışdı.


Bir gün nahar fasiləsində redaksiya əməkdaşları ilə birgə çay süfrəsi ətarfında əsl qələm adamı, həm də poeziya xiridarı olan Z. müəllim Asifdən Sankt-Peterburqa niyə getdiyini soruşdu. Dostum da elə-belə, el arasında deyildiyi kimi “mırta” qayıdıb dedi ki, heç, yaxın qohumum çağırmışdı. Leninqradda böyük mal-mülk sahibi, bərkgedən biznesmenlərdən sayılır. Gəzdik-dolandıq, sonra baş ofisinə aparıb gəlirli şirkətlərindən birini mənə bağışladı. Açığı, gəmiçilik şirkətidir, dörd gəmisi, əlavə idarələri, geniş infrastrukturu olan biznes qurumudur. Balıqçılıqla, yükdaşımaları ilə məşğuldur. Allah balasını saxlasın, xeyli pay-pürüşlə, adıma yazılmış bank rekvizitləri, kartlarla yola saldı. Şükür Tanrıya, imkanlarım genişlənəcək, kasıbçılığın daşını atacağam.


Z. müəllim də, yanındakılar da susdular. Elə bil qurbağa gölünə daş atdım. Mən də dinlədim, axırını gözləməyi qərara aldım. Günlərin birində Asif müəllim məni bir kənara çəkib dedi:


-Bilirsən nə baş verir? Z. müəllim bu barədə redaktora beşini də üstünə qoyub müfəssəl məlumat verib. Onu da deyib ki, sənə verməməyinə baxma, müavinə azından beş-on kilo qara kürü gətirib Asif. Hələ başqa hədiyyələri demirəm. Ona bu redaksiyanın vəsiqəsi lazımdır, heç nəyin acı deyil. Redaktor da dostumun zarafatlarına bələd olduğundan məsələni ağartmayıb, özünü inanan kimi göstərib.


Günlər keçdikcə Asifin ətrafında çoxlu “dostlar” peyda olur, onu tərifləyir, gözəl insan, əliaçıq, səxavətli şəxs kimi təqdir edir, hətta haqqında yazmaq təklifləri də səsləndirirdilər. Hər axşam kafeyə, restorana dəvət edir, getməyəndə də inciyirdilər. Halqa getdikcə daralırdı. Onun böyük qonaqlıqlar, ziyafətlər verəcəyi, hər kəsə layiq olduğu hədiyyələr bağışlayacağı ümidindəydilər. Asif də təbii ki, cüzi maaşı və qonorarı ilə bunları edə bilməyəcək, sıradan elədiyi bir zarafatnı qurbanına çevriləcəkdi. Bu məsələni xeyirliliklə çürütməyin yolunu da özü tapdı. Sankt-Peterburqun müvafiq idarəsinə sorğu göndərib adında heç bir təşkilatın, müəssisənin olmadığı barədə arayış gətizdirdi, sonra da üzünü çıxarıb redaksiyanın “Elanlar” lövhəsinə yapışdırdı.


Ertəsi gündən isə ətrafındakılar yaz dumanı təki qəfildən elə yoxa çıxdılar ki, elə bil heç əvvəldən yox imişlər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

ARXİV