Modern.az

Sumqayıtda ağır yol qəzası: 2 ölü, 3 yaralı 

Sumqayıtda ağır yol qəzası: 2 ölü, 3 yaralı 

15 Mart 2019, 15:59

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2nəfər hadisə yerində ölüb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfərovdur. Digər ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yaralılar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu