Modern.az

Kooperasiya Universitetində Ekologiya klubu yaradılıb

Kooperasiya Universitetində Ekologiya klubu yaradılıb

15 Mart 2019, 17:15

Azərbaycan Kooperasiya Universitetində Ekologiya klubu yaradılıb.

 

Beləki, Universitetin rektoru professor Eldar Quliyevin müvafiq əmrinə əsasən yaradılan, ətraf mühitin qorunmasında universitet tələbələrinin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü daha da inkişaf etdirmək məqsədi daşıyan Ekologiya kulubunun 15 mart tarixində Kooperasiya Universitetinin rəhbərliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı və ekologiya ixtisası üzrə təhsil alan universitet tələbələrinin iştirakı ilə təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Tədris işləri üzrə prorektor Fikrət Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Şövkət Bəkirov, Marketinq və Menecment fakültəsinin dekanı Eldəniz Məhərrəmov və digərləri çıxış etdilər. Natiqlər bildirdilər ki, Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Vurğulandı ki, dövlətin yürütdüyü ekoloji siyasətə hər bir Azərbaycan vətəndaşı, gənci dəstək durmalı, bu siyasətin birnöv iştirakçısı kimi çıxış etməlidir. Məhz, bu gün Azərbaycan Kooperasiya Universitetində yaradılan Ekologiya klubu da bu amilə xidmət edəcəkdir.

 

Sonda Ekologiya klubunun əsas vəzifəsi, ekoloji maarifçilik işini yüksəltmək məqsədilə silsilə təlimlərin keçirilməsi, ağacəkmə aksiyaları və ətraf mühitin mühafizəsi şüarı altında iməclik işlərinin mütəmadi təşkili klubun tədbirlər planı kimi təsdiqlənib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir