Modern.az

İlham Əliyev baş nazirə başsağlığı verdi  

İlham Əliyev baş nazirə başsağlığı verdi   

15 Mart 2019, 17:18

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib. 

Modern.az xəbər verir ki, başsağlığının mətnində deyilir:

"Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir