Modern.az

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırdı

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırdı

15 Mart 2019, 18:21

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

 

İ.Əhmədov bildirib ki, bu, boru kəmərində planlı yoxlama və təmir işləri ilə əlaqədardır:

 

"Biz Bakı-Novorossiysk kəmərində mütəmadi yoxlama işləri aparırıq. Hər hansı bir nöqsan və ya risk aşkarlanarsa, zəruri təmir işləri görülür".

 

SOCAR nümayəndəsi qeyd edib ki, şirkətin ixrac öhdəliklərinin icrası üçün Bakı-Novorossiysk ilə tədarük olunan neft Bakı-Tbilisi-Ceyhan kəmərinə yönləndirilib:

 

"Şaxələndirilmiş boru kəməri sistemimiz sayəsində biz neftin müəyyən həcmini digər kəmərlərə yönləndirə bilirik ki, ixrac öhdəliklərimizi yerinə yetirək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir