Modern.az

Sergey Lavrov Türkiyəyə gedir

Sergey Lavrov Türkiyəyə gedir

15 Mart 2019, 18:45

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir  ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumata əsasən, S.Lavrovun səfəri martın 18-də baş tutacaq.

 

Rusiyalı nazir səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

 

Görüş Antalyada Türkiyə-Rusiya Strateji Planlaşdırma Qrupunun birgə müşavirəsi çərçivəsində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir