Modern.az

Fors-major Çavuşoğlu və Lavrov danışıqlarını pozdu

Fors-major Çavuşoğlu və Lavrov danışıqlarını pozdu

15 Mart 2019, 20:29

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə 18 marta planlaşdırılmış səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Modern.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

 

Qeyd edək ki, bundan əvvəl Lavrovun Türkiyəyə səfəri Rusiya Xarici İşlər Nazirliyi başçısının iş qrafikindəki dəyişikliklərə görə martın 13-dən 18-nə keçirilmişdi.

 

Türkiyə XİN nümayəndəsinin sözlərinə görə, Lavrovun Türkiyəyə səfərinin dəqiq tarixi hələlik məlum deyil. O, həmçinin səfərin başqa vaxta keçirilməsinin səbəbindən xəbərsiz olduğunu da vurğulayıb.

 

Daha sonra Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bu məlumatı təsdiq edərək, Lavrovun səfərinin təxirə salınmasını Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlüd Çavuşoğlunun iş qrafikindəki “ford-major vəziyyətlə” izah edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi