Modern.az

Sahibkarı qətlə yetirənlərə 58 il hökm

Sahibkarı qətlə yetirənlərə 58 il hökm

15 Mart 2019, 20:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il, Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla Q.Kərimovun hər birinin 20 il, F.Axverdiyevin isə 18 il azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər