Modern.az

Cəlilabadda külli miqdarda narkotik aşkarlandı

Cəlilabadda külli miqdarda narkotik aşkarlandı

15 Mart 2019, 21:42

Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan narkotacirdən 14 kiloqramdan çox narkotik vasitə aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında, keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ədil Baxşıyev saxlanılıb.

 

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ədil Baxşıyevin rayonun Uzuntəpə kəndində yerləşən evinə və həyətindəki yarımtikiliyə keçirilən baxış zamanı isə oradan 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir