20 mart 2019, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Dünyaca məşhur britaniyalı müğənni “Formula 1” üçün Bakıya gəlir
Dünyaca məşhur britaniyalı müğənni “Formula 1” üçün Bakıya gəlir
16.03.2019, 12:37

“Qremmi” və “Oskar” mükafatlı pop ulduzu 27 aprel tarixində Bakıda konsert proqramı ilə çıxış edəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, çox sayda mükafata layiq görülmüş və milyonlarla albom satışı ilə böyük uğur qazanmış britaniyalı müğənni Sem Smit 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü - 27 aprel tarixində axşam saatlarında Bakı Kristal Zalında canlı konsert verəcək.

2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sem Smit daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La”  mahnısı ilə ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülərək elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkar edilməsi məqsədilə keçirilən sorğuda birinci yeri tutub.  Karyerasına başladığı vaxtdan bu yana “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə 1-ci yeri tutub. Qeyd edək ki, “Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnesin Rekordlar Kitabına daxil olub.  Sem Smit ümumilikdə 4 “Qremmi”, 2 “BRIT” və “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında (“Writing’s On The Wall”) “Oskar” “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.  

Musiqiçinin “In The Lonely Hour” adlı ilk albomu 2014-cü ilin may ayında Birləşmiş Krallığın “UK Singles Chart” və ABŞ-ın “Billboard Top 200” hit-paradlarında müvafiq olaraq 1-ci və 2-ci yeri tutub və bu albomun dünya üzrə satışı 15,8 milyondan çox olub. Bununla da, Sem Smit Amerikada albomun çıxdığı ilk həftədə ən çox satış edən ilk britaniyalı kişi müğənni, eləcə də, 2014-cü ildə həm Birləşmiş Krallıq, həm də ABŞ-da bir milyon albom satan yeganə musiqiçidir.

 

2017-ci ilin noyabr ayında “The Thrill Of It All” adlı ikinci albomunu çıxaran Sem yenidən Birləşmiş Krallıq və ABŞ-da ən çox dinlənən müğənni olub və həmin albomun indiyə qədər dünya üzrə satışı 4 milyonu keçib. 2018-ci ildə Kelvin Harris ilə birgə çıxardığı “Promises” mahnısı ilə 6 həftə Birləşmiş Krallığın rəsmi hit-paradında ilk yeri tutan Sem Smitin ən son mahnısı isə “Dancing With a Stranger” adlanır.  

 

Canlı musiqi ifaçısı kimi böyük nüfuza malik Sem Smitin ötən yay Los Ancelesin “Staples” mərkəzi kimi dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletləri tamamilə satılmaqdadır.

 

İndiyədək Sem Smitin 20 milyondan çox albomu, 125 milyondan çox sinqlı satılıb. O, sosial mediada milyonlarla musiqisevər tərəfindən izlənilir:

 

  • Facebook: 6,1 milyondan yuxarı
  • Twitter: 7,9 milyondan yuxarı
  • Instagram: 11,7 milyondan yuxarı
  • Youtube izləyiciləri: 9,7 milyondan yuxarı
  • Youtube baxış sayı: 4,8 milyarddan yuxarı
  • Spotify üzrə orta aylıq dinləyici sayı: 40,8 milyona yaxın (Dünyada 10-cudur)
  • Spotify izləyici sayı: 8 milyondan yuxarı

 

BŞH-nin icraçı direktoru Arif Rəhimov Sem Smitin Bakıya gəlişinə belə münasibət bildirib: “2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici kütləsi cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də, bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və 26-28 aprel tarixlərində pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram!”

Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2019 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

ARXİV