20 mart 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Robtex  
Robtex  
16.03.2019, 12:42

Azad Müzəffərli  

 
(hekayə)

-      Ay aman, sən Allah bəsdir, a kişi, uşağa da adam belə əndərbadi ad qoyar?

-      Siz burnunuzun ucundan o yana boylana bilmirsiniz, ona görə də bu ad sizə əndərqəlib gəlir... Barı, arada-bir də olsa, başınızı işlədin də...

-      Ay başına dönüm, axı, bu uşağın ağlı kəsəndə məhəllədəki tay-tuşları onu adıyla bağlı fitə basacaqlar e, bəs, bunu gözünün qabağına gətirmirsən?

-      Əgər, belə uzaqgörənlikdən dəm vurursansa, yaddan çıxarma ki, artıq 21-ci əsrdi ey, texnologiyaların, elmi-texniki tərəqqinin vüsət götürdüyü dövr... Çox uzağa getməyək, bax, elə bu əsrin ortalarından başlayaraq yeni nəsil robotlar meydan sulayacaq. Onda məhz həmin robotları idarə edə biləcək, ən əsası, nəzarətdə saxlamaq qüdrətində olacaq kreativ kəslərə kəskin ehtiyac duyulacaq.

-      Ay kişi, hər şeyi çox şişirdirsən ey, sən dediklərinə hələ ən azı bir neçə əsr var, yəqinki?

-      Eybi yox, yaşayarıq, görərik... Ağıllı kəslər hələ biz dünyaya gələndən bəri Marsda xeyli torpaq alaraq adlarına sənədləşdiriblər də. Deyilənə görə, haradasa bu əsrin ortalarından etibarən oralar da məskunlaşdırılmağa başlayacaq...

-      Bəs, belə öncəgörənsənsə, sən nə əcəb, indiyədək oralardan mülk almaq iddiasına düşməmisən?

-      Lağ-lağıdan əl çək... Başa düş, artıq biz özümüz robotlar erasının girişindəyik... Xüsusi xidmət orqanlarında, hərbi sənayedə hələ indinin özündə elə texnologiyalar var ki, heç təsəvvürünə belə gətirə bilməzsən... Sadəcə, qayda belədir, onlar daha da təkmilləşdirilərək yeniləri ilə əvəzləndikcə, əvvəlki ixtiraların iqtisadiyyatın və gündəlik həyatın müxtəlif sahələrində tətbiqinə başlanır... Bax, elə mobil telefonları, kompyuterləri götür... Yəqinki, iyirmi-otuz il əvvəl bunları heç yuxunda da təsəvvür edə bilməzdin?!

-      Döşə gəlsin, əməlli-başlı alimsənmiş, heç mənim xəbərim yoxmuş?!

-      Sən sancmağında ol, mənsə fikrimdə qətiyəm, uşağın adı Robtex olacaq, vəssalam. İnsanlar anlamalıdır ki, övladlarını gələcəyə hazırlayarkən cari meyarları deyil, ən azı iyirmi-iyirmi beş il sonrakı reallıqları nəzərə almalıdırlar... Özü də bu başdan deyirəm, mən oğlumu məhz robotlar üzrə yüksək ixtisaslı texnik peşəsinə hazırlayacam, bunun üçün əlimdən gələni əsirgəməyəcəm, ona məhz bu məntiqdən qaynaqlanan adı da təsadüfən seçməmişəm... Özüm bu sahədə alim ola bilməsəm də, oğlumu məhz həmin sahəyə yönəldəcəm... Bir də yaddan çıxarma ki, yaxın gələcəkdə, zənnimcə, insan ömrü də iki-üç dəfə uzanacaq, artıq indidən həkimləri robotların əvəzləməsi buna aparır. Robot-həkimlər isə yəqinki gündəlik müayinə sayəsində insan orqanizminin tez sıradan çıxmasının qarşısını əsaslı şəkildə ala biləcəklər. Bu, hazırda inandırıcı gəlməyə bilər, amma yaddan çıxarma ki, biz özümüz indinin özündə belə tək-tək də olsa, ömrü yüz əlli sənəyə yetən insanların canlı şahidləriyik...

-      Bu boyda gurultulu nitqin qarşısında daha deməyə söz tapmıram, qoy, sən deyən olsun, həmişəki kimi mən təslim, ağ bayrağı da mətbəxdən asacam... Gücüm ancaq ona yetir ki, səni sürəkli alqışlara qərq eləməyim...

        
Kişinin ağzı falmış...  Yerin, göyün hər qarışı insanların nəzarətindəydi. İyirmi ikinci əsr bitməkdəydi. Daha müxtəlif xalqların, millətlərin bir-birinə qənim kəsilmələrinə ehtiyac qalmamışdı. Müharibələr tarixin arxivinə qovuşmuşdu. Yer sakinlərinin bircə dövləti vardı. İlkin dövrlərdə ünsiyyətdə poliqlot tipli proqramlardan, hərəkətdə olan titrlərdən istifadə olunsa da, indi hamı ümumişlək dildə danışırdı. İş orasındaydı ki, robotlarla da ünsiyyət məhz bu dildə aparılırdı. Həmin dil çoxlu sayda terminlərlə yüklənsə də, vərdişkardılar deyənə kimsə danışıqda elə bir çətinlik çəkmirdi. Qabaqkı insanlar tədricən superinsanlara çevrilmişdilər. Fəth olunmayan qalaktikalar, planetlər də qalmamışdı. Onların əksəriyyətinin məskunlaşdırılmasına isə Marsdan başlanmışdı. Artıq Yerdə elə bir sıxlıq müşahidə olunmurdu.

       
İndi insanların yuxusunu ərşə çəkən bircə əndişələri vardı.  Bəşər övladı özlərinin intellektual məhsulu olan robotların köləsinə çevrilməmək üçün onlarla qiyabi “müharibə”dəydi. Adəmin törəmələri proqramlaşdırma zamanı dəridən-qabıqdan çıxırdılar ki, cüzi də olsun səhvə yol verməsinlər. Hələki birtəhər bunun öhdəsindən gəlirdilər. Elmi-texniki tərəqqi kosmik sürət aldığından get-gedə bəşər övladının işi daha da çətinə düşürdü. Ən başlıca vəzifə isə robotların qətl və buna bənzər naqisliklərdən zərrəcə də olsun xəbər tutmamaları idi.  Hələki, vahid intellektual mühitə nəzarət insanların əlindəydi, qlobal informasiya şəbəkəsinə birbaşa çıxış da onların ixtiyarındaydı. Əslində, insanlarla robotların zahiri görünüşündə elə bir fərq qalmamışdı. Superinsanlar onları özləri ilə səhv salmamaq üçün robotların dərisinin sintetik materialını bir qədər fərqli, amma eyni rəngə boyayırdılar. Müasir robotların jest, mimika, emosiya və hissləri təqribən insanınkına yaxındı. Bu da insanların gecəli-gündüzlü səyləri nəticəsində artıq  robotların intellektinin həşaratınkından  meymununkuna qədər təkmilləşməsindən qaynaqlanırdı. İndi mükəmməl şəkildə rəqəmsallaşdrılan robotların da özlərinə görə xatirələri vardı. İnsanlarla mükalimədə heç də geri qalmırdılar, riyazi hesablamalar və buna bənzər məsələlərdə isə əksinə onlara hətta köməkçi də olurdular.  Hazırda əkən də, becərən də, biçən də, iqtisadiyyatın bütün sahələrindəki ən ağır, hədsiz dərəcədə mürəkkəb  işləri yerinə yetirən, bütün növ xidmətləri göstərən robotlardı. Yeni doğulan körpələrə, bağça yaşlı uşaqlara dayəlik də robotlara həvalə olunurdu. Həyatın elə bir sahəsi yoxdu ki, robotlar insanların qolundan tutmasın. İnsanlarınkı isə kreativlik hesabına onları mükəmməl şəkildə idarə etmək idi.  

     
Robotlardan ən azı bir addım öndə olmaq məcburiyyyətində qalan Yer sakinləri sırasında üzərinə böyük vəzifələr düşən kəslərdən biri də Robtex idi. Bəli, yanılmırsınız, iyirmi  birinci əsrin əvvəllərində düyaya göz açan həmin o körpə ki, atasıyla anası onun adı üstündə əməlli-başlı savaşa qalxmışdılar. Elə, məhz atasının prinsipial və perspektivi düzgün proqnozlaşdırma bacarığı sayəsində indi yaşı iki yüzə yaxınlaşan Robtex dünyanın barmaqla sayılası robot texniklərindən biriydi, bu sahə üzrə alimlikdə tayı-bərabəri yoxdu. Vaxtında aldığı dual (nəzəriyyə ilə praktikanın mükəmməl şəkildə uzlaşdırılması) təhsil hesabına bu sahənin damarını qədərincə tuta bilmişdi. Robotların yeni nəslinin yetişdirilməsində də onun əvəzsiz xidmətləri vardı.

      
Di gəl, Robtex kəllə olsa da, elmə, təhsilə üstünlük verən atasının hərdən özünü qabarıq göstərən  kobud xisləti ona da eynilə sirayət etmişdi.   Yaşa dolduqca, robotlarla psixoloji döyüş daha amansız xarakter aldıqca, Robtex bir qədər də  əsəbi olmuşdu. Bundan ən çox sıxıntı yaşayan  isə şəxsi mənzilində saxladığı xidmətçi kişi və aşpaz qadın robotlar, bir də tez-tez onu müayinədən keçirərək sağlamlığının qeydinə qalan, ona bu qədər uzun ömür bəxş edən kişi həkim robot idi. Bura onun vas-vasılığından xanımını çərlədərək həyatdan nisbətən tez köçməsində dolayı yolla təqsirkar olmasını,  eləcə də, əvvəlki qadın aşpaz robotu adicə bir səhvinə görə çilik-çilik eləməsini, onun xarakterindəki çatışmazlıqlar ucbatından uşaqlarının böyüyəndən sonra digər planetlərdə yaşamağa üstünlük vermələrini də əlavə eləsək, Robtexin xarakterinin axsayan tərəfinin ümumi  mənzərəsini yaratmış olarıq. Elə bu səbəbdən büruzə verməməyə çalışsalar da, hər üç robot ondan əməlli-başlı “yanıqlı” idi. Sadəcə, hələki onların kitabında heyif çıxma və bu qəbildən digər hisslər olmadığından Robtexin sağlam məntiqə sığmayan bəzi əməlləri “cəzasız” qalırdı. Ədalət naminə onu da qeyd etməliyik ki, əksər hallarda Robtex istər bu robotlarla, istərsə də sıx ünsiyyət saxladığı həmkarları və ya digər insanabənzər robotlarla  o qədər səmimi və mehriban olurdu ki, adamın onun hərdən arzuedilməz insana çevrilməsinə inanmağı belə gəlmirdi. Di gəl, tutması vardı, özü də, bir anın içindəcə bütün müsbət keyfiyyətlərinə soğan doğrayan tutması.

       
Robtex arada-bir bu dünyadan qopmaq, daimi psixoloji gərginlikdən müvəqqəti də olsa qurtulmaq üçün mənzilindəki öz zövqünə uyğun məxsusi tərtibat verdirdiyi odasına çəkilərdi. Həmin otaqda ruhunu ən çox oxşayansa, qədimi naxışlarla nəfiscəsinə bəzədilmiş arxalıq və möhtəşəm tiyəli, parıltısı göz qamaşdıran sivri qılınc idi. Bunlar ona lap ulu babalarından qalma yadigarlardı. Nəsilbənəsil bunları göz-bəbəkləri kimi qoruyaraq bir-birinə ötürmüşdülər. İndi bunlar Robtexin ixtiyarındaydı. Evindəki robotlar maraqlananda, o, qılıncı orağa bənzər qədimi əkin-biçin aləti kimi qələmə vermişdi. Robtexdən fərqli olaraq həmin binəvaların hardan ağlına gələ bilərdi ki, bir neçə əsr öncə bu qılınc neçə-neçə başı dibindən üzmüş, xeyli insanınsa köksünü qana bələmişdi. Robtexin ulu babası öz dövrünə görə qılınc oynatmaqda sayılıb-seçilən kişilərdən biri olmuşdu. Nəsildən-nəsilə ötürülən deyimlərə görə qılınc döyüşündə onun tayı-bərabəri yoxmuş.    

         
Robtexin arada-bir  qlobal şəbəkə vasitəsilə xatirələr aləminə səyahət eləmək şakəri də vardı. Yaddaşını çözələməyə ta körpəlikdən vərdişkardı.  Bu dəfə qəflətən iç dünyasından gənclik illərində doydum demək bilmədən baxdığı davalı kinoları  yenidən seyr etmək istəyi keçdi. Böyük əziyyət bahasına da olsa, kompyuterə bənzər şəxsi aparatındakı arxivin dərinliklərinə baş vurdu. İnadından dönmədi.  Nəhayət, arzuladığına yetdi. Öz hücrəsinə çəkilərək divardakı ekran vasitəsilə böyük həvəslə həmin kinonu izləməyə başladı. Bu, haradasa, təqribən yüz əlli-yüz altmış il əvvəlin kinosuydu. Mamır basmış xatirələri pöhrələndikcə, Robtex hissiyyata qapılaraq  real dünyadan aralandı.  Özünü qabaqkı xoşbəxt insanlar təkin hiss elədi, köksü kükrədi.

          
Kəskin süjetli kinoya nə təhər uymuşdusa, ehtiyat tədbirlərini əldən verərək aşpaz robotdan içki gətirməsini istədi. Tapşırığı anındaca yerinə yetirildi. Fikri-zirki tamamən ekrana kökləndiyindən bayaqdan maraqdan çatlayan aşpaz robotun gözucu onun nəyə tamaşa etdiyinə nəzər yetirməsi də diqqətindən yayındı. Tərslikdən bu məqamda ekranda növbəti qətl hadisəsinin qızğın çağıydı. Bu, anındaca aşpaz robotun diqətini çəkdi, ilk dəfəydi belə anlaşılmaz səhnənin şahidi olurdu. Ekrandakı kəs var gücüylə qılıncı rəqibinin sinəsinə saplamışdı, qan fışqırmaqdaydı. Maraq robotu götürsə də, sahibi duyuq düşməsin deyə oradan uzaqlaşdı.

        
Yarıminsana bənzər robot öz aləmində indicə şahidi olduqlarının mahiyyətinə varmağa çalışdı.  Ha əlləşdisə, bunu proqramlaşdırılmış kəlləsinə axıra qədər sığışdıra bilmədi. Əlacsız qaldığı bir məqamda həkim robot özünü yetirdi. Növbəti müayinənin dəqiq vaxtı əvvəlcədən müəyyənləşdirildiyindən o, maneəsiz Robtexin mənzilinə daxil olmuşdu. Marsdan təşrif buyurmuşdu, pilotsuz aparatı ilə. Sahibi ilə birgə o da Marsa köçməli olmuşdu. Xidmətçi robot həkim robotun gəlişi barədə sahibini məlumatlandırdı.

       
Hələ də uşaqlıq xatirələrinin ağuşunda çabalayan Robtex hələki filmin birinci hissəsinə baxmağa macal tapmışdı. İstər-istəməz “kompyuter”indəki “dayan” düyməsini basaraq qonşuluqdakı tibbi müayinə otağına adladı.  Artıq həkim robot müayinəyə hazır vəziyyətdəydi. Robtexin bu otağa keçməyi ilə yoxlama prosesinə start verildi.

      
Xeyli çəkən yoxlama  zamanı həkim robotun fikri xəyalən aşbaz robotdaydı.  Çoxdandı onda gözü vardı. Robtexin çilik-çilik elədyi əvvəlki aşbaz robotdan sonra həkim robot indikinə meylini salmışdı. Bu canıyanmış da əvvəlkindən qəşənglikdə heç geri qalmırdı. Gözləri isə sələfininkindən qat-qat mənalıydı. Həkim robot xeyli vaxtdı bu “xanım aşpaz”la yaxınlaşmağa can ataraq münasib fürsəti gözləyirdi. İndi əsas məsələ mənzil sahibini bundan duyuq salmamaq idi. Aşpaz robotun da onunla dilbir olmaqda marağını boğa bilmədiyindən hələ əvvəlki görüşlərində duyuq düşmüşdü.

       
Nəhayət, müayinə bitdi. Robtexin səhhəti əvvəlki təkin qoz kimiydi. “Həkim” yoxlamanı təzəcə başa vurmuşdu ki, ev sahibini təcili işə çağırdılar. O, çalışdığı kollektivdə əvəzedilməz  texnik-alimlərdən biri sayıldığından kəskin ehtiyac duyulanda onu axşam və ya gecələr də işə səsləyirdilər. Bu da çox vaxt onun işlədiyi ən qabaqcıl elmi-tədqiqat müəssisəsindəki cızığından çıxan robotların zərərsizləşdirilməsi üçün lazım gəlirdi. Beləcə, Robtex əvvəlki “aşbaz”ı da nəzərə alsaq, bir qəbirstanlıq robotu cəhənnəmə vasil eləmişdi. Bu işdə ad-san sahibiydi. İpə-sapa yatmayan, özünü insanlarla bir cərgəyə qoymağa cəhd göstərən robotların öhdəsindən gəlməkdə pərgardı, tam püxtələşmişdi. Həmkarlarının proqramlaşdırmadakı səhlənkarlığı ucbatından qafası başqa səmtə yönələn robotlarla duel onluqdu.  

    
Robtex mənzili təcili tərk edər-etməz robotlar qoşalaşdı. Aşbaz robot yamanca qayğılı idi. O, həkim robota ağzını açmağa belə imkan vermədi.

-      Gəl dalımca, sənə qəribə bir şey göstərəcəm. Bayaqdan bəri baş sındırsam da, heç cür anlaya bilmirəm.

-      Mən də sənin danışığından baş aça bilmədim, nə demək istədiyin mənə qaranlıq qaldı?

-      İndi hər şey sənə aydın olacaq, sadəcə, dalımca gəl...

    
Aşbaz robot düyməni basıb avadanlığı işə salan təkin divardakı ekranda kino yenidən canlandı. Robotlar filmin birinci hissəsinin bitməsi barədə titrləri görən kimi onu başa çəkdilər. Onlar təkin ev sahibinin əlindən dad döyən xidmətçi robotu da  tezcənə səsləməyi unutmadılar. Üçü də olmazın maraqla filmə kökləndilər. Adətən Robtex axşamlar təcili işə çağırılanda ən yaxşı halda bir də  səhər alaqaranlıqda evinə dönərdi. Həmin mənzilin digər “sakinləri” bunu bildiklərindən arxayıncasına öz işlərindəydilər.

       
Filmin ssenarisi sanki Robtexin vaxtilə qılınc oynatmaqda rəqib tanımayan babasının döyüş səhnələri əsasında qurulmuşdu. Əsərin qəhrəmanı işğalçı yürüşlər zamanı haqq edənə də, etməyənə də aman vermirdi. Ələlxüsus da, gözü qızanda fərqinə varmadan eynilə Robtexin babası təkin qabağına çıxanları qəddarcasına o dünyalıq edirdi. Robotların haradan ağlına gələ bilərdi ki, bu, bir zamanlar böyük qazanca hesablanmış filmlərdən biriydi. Rejissor mətləbi yox, tamaşaçını daim gərginlikdə saxlamağı üstün tutmuşdu. Film boyunca meyit meyit üzərinə qalanırdı, barmaqla saya gələsi deyildi.

      
Robotlar öncə ekranda baş verənlərdən bir o qədər də baş açmasalar da, tədricən qurbanların sinəsindən və üzülmüş boyunlardan fışqıran qan şırnağı nəhayətdə onlara ip ucu verdi. Bu sirrin faş olmasında həkim robotun bilgiləri xüsusilə kara gəldi. Filmin hər iki hissəsinə tamaşa eləyəndən sonra məsələnin nə yerdə olduğunu dumanlı şəkildə də olsa,  birgə çözə bildilər. Hər biri Robtexdən yanıqlı olduğundan dodaqlarını gəmirirdilər. Sonda sözü bir yerə qoyaraq səbirsizliklə Robtexin evə dönməsini gözlədilər.  

     
Dan yeri sökülər-sökülməz mənzilinə varid olan Robtexi xidmətçi və aşbaz robotlar hərəsi bir qolundan qamarladılar. O, baş verənlərdən çaşqınlıq məngənəsindəydi, cınqırını çıxarmağa belə macal tapmadı. Həkim robot bütün hikkəsiylə eynilə kinodakı kimi babasının qılıncını zərblə Robtexin sinəsinə sapladı. O, vəhşi bir bağırtı çıxararaq ikiqat oldu. Ürəyi bununla yumşalmayan xidmətçi robot həkim robotu qabaqlayaraq cəld hərəkətlə qılıncı Robtexin sinəsindən çıxararaq  var gücüylə onun boynuna endirdi. Robtexin kəlləsi xeyli dığırlanaraq nəhayət otağın bir küncündə qərar tutdu. Üst-başları qana bələnən robotlar sanki yuxudan ayılaraq asta qaçan namərddi deyə dabanlarına tüpürərək götürüldülər, hara qaçacaqlarını axıra qədər kəsdirə bilməsələr də.  Bu qanlı hadisə zamanı isə şəhər hələ də şirin yuxusundaydı.

    
Həmin olayın faş olmaması üçün gecəli-gündüzlü səy göstərən insanlar qısa müddətdə Robtexin cənazəsini yerbəyer elədilər, eləcə də, az vaxtda yaxaladıqları robotların hər üçünü ələgəlməz hala saldılar. Onların izini ilim-ilim itirdilər. Xoşbəxtlikdən, robotlar şahidi olduqlarını və törətdikləri əməli hələki özlərinə bənzərlərlə bölüşməyə macal tapmamışdı. Digər robotlar əvvəlki təkin hələ də qətlin, amansızlığın nə olduğundan bixəbərdilər. Sadəcə, baş verən bu hadisə ən müasir proqramlarla yüklənmiş insanabənzər robotların onlara ağalıq edən kəslərlə ilk “döyüşü” oldu. Mütəxəssislər belə vəziyyətin bir daha təkrarlanmaması üçün baş sındırmaqdan yoruldum demək bilmirdilər. Axı, insan üçün can şirin şeydi. Hansı dövranda yaşamalarından, nə qədər ömür sürmələrindən asılı olmayaraq. Bəşər övladı üçün dəyişməz bir qanun var; nəyin bahasına olur-olsun bacardıqca təbiətə hakim kəsilmək, hər şeyi öz maraqlarına kökləmək, eləcə də, bir-biriylə də güzəştsiz əbədi rəqabətdə olmaq... Vəssalam... 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rusiyanın azərbaycanlı çempionu
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Ölkə başçısı Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Ölkə başçısı Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev
19.03.2019, 20:16

“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

Nazir sosial sığınacağındakı Novruz şənliyində
19.03.2019, 20:03

Nazir sosial sığınacağındakı Novruz şənliyində

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO
19.03.2019, 19:48

BDU tələbələri İlaxır çərşənbədə “Yallı” getdilər - FOTO

Bakıda "bomj" yol kənarında öldü
19.03.2019, 19:34

Bakıda "bomj" yol kənarında öldü

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib
19.03.2019, 19:21

Doqquz ölkənin səfirliyi birgə novruz şənliyi keçirib

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı
19.03.2019, 19:09

Mərkəzi Gömrük Hospitalının əməkdaşı məhkəmədən azadlığa buraxıldı

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019, 18:48

Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib
19.03.2019, 18:41

1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi
19.03.2019, 18:36

BDU tələbələrinə Koreya səfirliyinin sertifikatları təqdim edildi

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı
19.03.2019, 18:25

Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırıldı

Efiopiyada terror – 5 nəfər öldü
19.03.2019, 18:05

Efiopiyada terror – 5 nəfər öldü

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı
19.03.2019, 17:54

Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var
19.03.2019, 17:48

Buxarestdə bəyannamə qəbul edildi – Qarabağla bağlı da məqam var

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı
19.03.2019, 17:45

Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

Prezident daha bir publik hüquqi şəxs yaratdı
19.03.2019, 17:40

Prezident daha bir publik hüquqi şəxs yaratdı

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR
19.03.2019, 17:31

110 kiloqramdan artıq heroin keçirmək istəyənlərin qarşısı alındı - FOTOLAR

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı   
19.03.2019, 17:24

Amerika İlham Əliyevin əfv sərəncamını alqışladı  

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat
19.03.2019, 17:14

Ermənistana keçən Azərbaycan vətəndaşı ilə bağlı daha bir rəsmi məlumat

Nursultan Nazarbayev istefa verdi
19.03.2019, 17:12

Nursultan Nazarbayev istefa verdi

Manat və dolların martın 27-nə olan məzənnəsi
19.03.2019, 17:04

Manat və dolların martın 27-nə olan məzənnəsi

Bayram günləri işləyən bankların SİYAHISI
19.03.2019, 16:51

Bayram günləri işləyən bankların SİYAHISI

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi
19.03.2019, 16:40

Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

ARXİV