Modern.az

Əli İnsanov siyasətlə məşğul olacağını ANONS ETDİ   

Əli İnsanov siyasətlə məşğul olacağını ANONS ETDİ    

17 Mart 2019, 12:25

Ölkə başçısının əfv sərəncamı ilə 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan keçmiş səhiyyə naziri Əli İnsanov medianın bəzi suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, Əli İnsanov Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib:

"Mənim Azərbaycandan heç yerə getmək fikrim yoxdur”.

Əli İnsanov siyasətlə məşğul olacağını istisna etməyib. O, müxalifət qüvvələrinə qoşulacağı barədə deyilənlərə belə münasibət bildirib:

“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.

14 il ərzində həyat yoldaşı və qızları ilə nə telefonla danışdığını, nə də görüşdüyüyünü təsdiqləyən sabiq nazir deyib: “Həbsxananın qaydaları var, mən burda bir az oğruların qanunlarına hörmət eləmişəm, burda elə şeylərə yol verilmir. Mən nə nəvələrimlə, nə də yoldaşımla görüşmüşəm. Ancaq bir neçə kişi xeylağı yanıma gəlib-gedib”.

Əli İnsanov tezliklə daha geniş mətbuat konfransı keçirəcəyini vəd edib.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...