Arxiv
18 mart 2019, 16:19 | AKTUAL
Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

Martın 15-də Avstriyada yerləşən KAICIID Beynəlxalq Dialoq Mərkəzinin müxtəlif ənənəvi dinləri təmsil edən Direktorlar Şurası Yeni Zelandiyanın Kristçörç şəhərindəki iki məsciddə törədilmiş qanlı terror aktları ilə bağlı aşağıdakı bəyanatla çıxış edib.

Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:


"Cümə namazından sonra məscidlərə hücum edərək qanlı terrorun failləri Yeni Zelandiyadakı dinc müsəlman icmasının mümkün qədər çox üzvünü qətlə yetirməyə çalışıblar. Bu hücumun Yeni Zelandiya əhalisinin cəmi 1% -ni təşkil edən müsəlman icmasında yaratdığı böyük gorxu və terror xofunu təsvir etmək mümkün deyil. Dünyanın bir çox bölgələrində dinc dindarlara qarşı törədilən hücumlar artmaqda davam edərkən bu hücum, dünyada azlıqlara qarşı qərəzli yanaşmanın və zorakılığın açıq göstəricisidir. Dinindən asılı olmayaraq dinc ibadətçilərə qarşı törədilən hücumlar ümumbəşər insan hüquqlarının pozulması deməkdir.

 

Törədilmiş mənfur hücumun əsas məqsədi terror aktı törədildikdən sonra onun görüntülərini sosial mediada yayımlayaraq qorxu və terror xofu yaratmaqdan ibarətdir. Sosial mediadan belə bir şəkildə istifadə olunması və bunun  canlı yayımlarda nifrətçilik təbliğatı aparan qruplarla bağlantısının olması bizə aydın şəkildə göstərir ki, zorakılıq tətbiq edən müxtəlif növ ekstremist qruplar nifrətçiliyi yaymaq, zorakılığa təhrik etmək üçün sosial mediadan istifadə edirlər. Buna qarşı xüsusilə həssas olan gənclədrir, lakin eyni zamanda cəmiyyətin heç bir təbəqəsinin buna qarşı müdafiəsi yoxdur.

 

İstər canlı yayımda olsun, istər adi qaydada, şiddətə təhrik etmək cinayətdir, ona görə də biz təkcə Yeni Zelandiyanın deyil, bütün dünyanın dini liderlərini və dini icmalarını sülh işində birgə dinc yaşayış naminə dinlər arasında, mədəniyyətlər arasında dialoq apararaq terrora qarşı əlbir olmağa, gündəlik fəaliyyətlərində səslərini, sülhə çağırışlarını internet vasitəsilə canlı olaraq yayımlamağa çağırırıq.

Biz bütün qurbanların ailələrinə, dostlarına, bu hücumdan zərər çəkmiş hər kəsə, Yeni Zelandiya xalqına dərin başsağlığı verir, ölkə Baş Nazirinin "Yeni Zelandiyada zorakılığa yer yoxdur" mesajına əks-səda verərək, əlavə edirik: “Zorakılığa bütün dünyada yer yoxdur."

Direktorlar Şurasının üzvləri:

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar Arası Əməkdaşlıq Mərkəzinin baş katibi;

 

Mitropolit Emmanuel,

Ekumenik Patriarxiyanın Fransa Ekzarxı;

 

Yepiskop Migel Ayuso,

Lupersiana titulyar yepiskopu, Dinlərarası Dialoq Üzrə Pontifik Şurasının Katibi, Vatikan;

 

Dr. Hamad Al-Majed,

İlahiyyatçı və din xadimi, Səudiyyə Ərəbistanı;

 

Dr. Məhəmməd Sammak,

Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi, Livan;

 

Koşi Nivano,

Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti, Yaponiya;

 

Mark Polson,

Kenterberi Arxiyepiskopunun dini işlər üzrə katibi, Anqlikan kilsəsinin dinlərarası məsələlər üzrə müşaviri, Böyük Britaniya;

 

Devid Rozen,

Ravvin, Amerika Yəhudi Komitəsinin dinlərarası məsələlər üzrə beynəlxalq direktoru;

 

Dr. Kezevino Aram,

Şanti Aşram Hinduist dini platformasının başçısı, Hindistan”.

 

Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. KAICIID Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən, Avropa, Amerika, Afrika və Yaxın Şərq daxil olmaqla Asiya ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.

KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Daha ətraflı: https://www.kaiciid.org/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21