Arxiv
18 mart 2019, 16:53 | AKTUAL
Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 17-də “Xəzər” Televiziyasında “Gündəm” proqramının qonağı olub.

 

Modern.az-ın məlumatına görə, proqramda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü, eləcə də son illərdə mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub.

 

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinin bir sıra problemlərinin qaldırıldığı həmin görüş cəmiyyət tərəfindən xüsusi maraqla qarşılanıb geniş ictimai müzakirələrə səbəb olub. Görüşdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələri ilə bağlı fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

 

Qaldırılan bütün məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər operativ həlli məqsədilə işlərə başlanılıb.

 

Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” və “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamlar dövlət başçısının mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Teatr və konsert müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, bu müəssisələrdə çalışan işçilərin əməkhaqqının artırılması istiqamətində atılan addımlar dövlətin mədəniyyətin inkişafında maraqlı olmasının sübutudur.

 

Nazir dövlət başçısı ilə görüşdə səsləndirilən məsələlərdən - Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması istiqamətində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

 

Bildirib ki, ötən illər ərzində birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına, tanıdılması istiqamətində böyük işlər görülüb. Məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə dünyanın aparıcı təşkilatları, o cümlədən UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Bu da öz növbəsində çoxəsrlik mədəni mirasımızın bir sıra nümunələri bu mötəbər təşkilatın müxtəlif siyahılarına salınaraq bəşəri status qazanıb.

 

Əbülfəs Qarayev teleproqramda ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən islahatlar, qarşıda duran vəzifələrdən də söz açıb. Qeyd edib ki, ölkə başçısının mədəniyyət sahəsinin inkişafını xüsusi diqqətdə saxlayır və bu sahədə həyata keçirilən işlərin sistemli şəkildə aparılması qarşıya məqsəd qoyulub. Bir neçə ildir mədəniyyət sahəsində həyata keçirilən sistemli islahatlar bunu bir daha sübut edir. Mədəniyyət Nazirliyində islahatların davam etdirildiyini vurğulayan nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

 

Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın əhəmiyyətinə də toxunub. Bildirib ki, bu fərman ölkəmizdə mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna önəm kəsb edir. Bu sənəd mədəniyyət sahəsində müasir sistemin qurulmasına, qabaqcıl dünya təcrübəsindən yararlanmağa, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsinə, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə təşkilinə şərait yaradacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32