Arxiv
18 mart 2019, 17:14 | AKTUAL
“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

“Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük”


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib. 

Modern.az müsahibəni təqdim edir: 



- Qüdrət bəy, Prezidentin son əhv fərmanını necə qiymətləndirirsiniz?


- Həm beynəlxalq, həm yerli hüquq müdafiəçiləri həbs olunmalarında siyasi motivlərin olduğu iddi edilən bir qrup şəxsin əhv olunmasını Prezidentdən xahiş etmişdi. Mən də belə bir əhv qərarının verilməsinin həm humanizm həm də ölkənin milli maraqları baxımından vacib olduğunu düşünərək Milli Məclisin plenar iclasında həmin çağırışlara qoşulmuşdum. Bu gün çox məmnunam ki, Prezident Novruz bayramı ərəfəsində böyük alicənablıq nümayiş etdirərək həmin şəxslərin də böyük qismi daxil olmaqla 400 nəfəri cəzadan azad edib.


- Qüdrət bəy, cəzadan azad olunanlardan biri də keçmiş səhiyyə naziri Əli İnsanov idi. Onun ilk açıqlamasını necə qarşıladınız?


- Əvvəla onu qeyd edim ki,o yaşda insanın azad olunması təqdir olunmalıdır. Onun siyasətdə qalacağını deməsi çox normaldır. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsini söyləməsi iddialı bir siyasətçi üçün sadəcə biabırçılıqdı.İkinci biabırçılıq isə azad olunması üçün Qərbə, beynəlxalq təşkilatlara dönə-dönə təşəkkür etdiyi halda həbsdə olduğu müddətdə ona mənəvi dayaq olmuş ailəsinin ünvanına, onu müdafiə etmiş insanlara, yerli hüquq müdafiəçilərinə bir cümlə ilə belə təşəkkür etməməsi idi. Qərb bildiyimə görə onun azad olunması üçün heç bir ciddi tələb irəli sürməmişdi. O isə bunu bilə-bilə insanlara Qərbin onu dəstəklədiyini göstərmək və gələcəkdə onlardan kömək almaq üçün ikrah doğuran ucuz açıqlama verirdi.

Nə qədər iddialı danışsa da belə bir şəxsin xalqdan ciddi dəstək alacağı mümkünsüz görünür. Korrupsionerlərin korrupsiyaya qarşı, diktatorların demokratiya uğrunda şüarlarla hakimiyyət uğrunda savaşa atılmasını və bir qayda olaraq biabırçı iflasa uğramasını çox görmüşük.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13 Əfsanəvi Raqif Orucova həsr olunmuş “Komandir”in təqdimatı oldu - VİDEO 20 Aprel 2019, 13:09  “Aprel fədailəri” yad olundu 20 Aprel 2019, 13:08