Arxiv
18 mart 2019, 17:21 | AKTUAL
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

“...Biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır”. Prezident İlham Əliyev bu sözləri il yarım əvvəl Tərtər rayonunda Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı zamanı deyib.

Burada ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, 1978-ci ildə ermənilərin özləri tərəfindən inşa edilmiş “Marağa-150” abidəsi  yerləşir. Məhz həmin tarixdən 150 il əvvəl onlar İran Marağasından Qarabağa köçürülüblər. Sonralar növbəti ərazi iddiaları irəli sürərkən ermənilər abidəni qəsdən dağıdıblar. Lakin bu ərazi işğaldan azad edilib və mühüm tarixi-siyasi əhəmiyyət daşıyan abidənin ətrafında bərpa işləri aparılıb.

Modern.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirib.  Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb.

Dövlət Komitəsinin sədri qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Bütün müraciətlər qeydə alınıb. Sonra qəsəbədə yaşayan Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün, ahıl qadın Pakizə Məmmədovanın mənzilinə baş çəkilib, ailənin problemi ilə yerindəcə maraqlanılıb. P.Məmmədovanın oğlu Cahid Məmmədovun məşğulluqla bağlı müraciətinə baxılacağı və müvafiq tədbir görüləcəyi bildirilib.

Dövlət Komitəsinin sədri sonra Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün Ceyhun Cəlilovun toyunda iştirak edib, yeni ailə quran gənclərə xeyir-dua verib.

Daha sonra rəsmi qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri başlayıb. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, MKSİF-in direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları iştirak edib. Qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edib, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndirib.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s.-yə qonaq edilib.

İşğaldan azad edilmiş  torpaqda bayram tonqalları qalanıb.  

Bayram şənliyi Bakıdan gəlmiş  muğam ustalarının konserti ilə başa çatıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31 Gənc Prezidentlər Təşkilatının nümayəndələri Azərbaycanda - FOTOLAR 20 Aprel 2019, 13:22 Heydər Əliyevin tanımadan təşəkkür etdiyi tikinti rəhbəri 20 Aprel 2019, 13:22 Qaret Beyl mövsüm sonu Madriddən gedəcək 20 Aprel 2019, 13:13